Toyota Rusiyada istehsalını və ölkəyə avtomobil ixracını dayandırıb
Şirkət həmçinin Rusiyadan işçilərini müvəqqəti geri çağırıb.Yaponiyanın və dünyanın ən böyük avtomobil korporasiyası “Toyota Motor” tədarük problemlərinə görə avtomobillərinin Rusiyada istehsalını və Rusiya Federasiyasına ixracını dayandırıb.
Marja xəbər verir ki, bu barədə şirkətin Tokiodakı baş qərargahında məlumat verilib.
"Sankt-Peterburqdakı zavodumuzda komponentlərin tədarükü ilə bağlı problemlər səbəbindən istehsal tamamilə dayandırılıb", - deyə korporasiyanın sözçüsü bildirib.
Yaponiyanın aparıcı biznes qəzeti Nikkei daha əvvəl xəbər verib ki, Toyota Motor da Rusiyadakı işçilərini müvəqqəti geri çağırır. Korporasiyanın 26 əməkdaşı, eləcə də onların ailə üzvləri təxliyə edilir. Hazırda Moskva ilə Tokio arasında birbaşa uçuşlar olmadığı üçün onlar üçüncü ölkələr vasitəsilə Yaponiyaya qayıdacaqlar.
Kyodo agentliyinin məlumatına görə, işçilərini geri çağırmaq qərarını Yaponiyanın Mitsubishi Motors, Nissan Motor və Subaru avtomobil istehsalçıları da verib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər ölkənin demilitarizasiyası və denazifikasiyasıdır. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya və bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
24 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








