Mango Rusiyada fəaliyyətini dayandırıb
Verilən məlumata görə, bu qərara nəqliyyat və təchizatla bağlı çətinliklər səbəb olub.İspaniyanın geyimlər istehsalçısı Mango Rusiyada müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Marja xəbər verir ki, bu barədə şirkətin saytında bildirilir.
"Nəqliyyat və təchizatla bağlı mövcud çətinliklərə görə, Mango Rusiyadakı fəaliyyətinin təmin edilməsinə zəmanət verə bilməz. Bununla əlaqədar olaraq Mango bu ölkədəki fəaliyyətini müvəqqəti dayandırır", - məlumatda deyilir.
"El Periodico" qəzetinin məlumatına görə, Rusiyadakı 120 Mango mağazasının təxminən yarısı françayzinqdədir. Françayzilər anbarda geyimin mövcudluğundan asılı olaraq işlərini davam etdirə biləcəklər.
Qeyd olunur ki, Ukraynada “Mango” mağazaları ötən həftə bağlanıb.
Bundan əvvəl bir sıra pərakəndə satıcılar, o cümlədən H&M, Farfetch, Asos, iHerb, Ikea Rusiyada fəaliyyətini dayandırdığını elan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 12 saat əvvəl
-
12 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















