AccessBank-ın Ferrarisi ilə hədəfə çatın!
Biznes sahibləri yeni kampaniya ilə çoxlu sayda güzəşt qazanacaq!
AccessBank 15 illik yubileyi münasibətilə biznes sahibləri üçün “Hədəflərinizə daha tez çatın” adlı güzəştli biznes kreditləri kampaniyasına başlayır.
Azərbaycanın bütün regionlarını əhatə edəcək yay kampaniyasının məqsədi kiçik və orta biznes sahiblərinə daha güzəştli şərtlərlə bank xidmətləri təklif etməkdir.
Kampaniya çərçivəsində müştərilərə biznes hədəflərinə daha tez çatmaları üçün çoxsaylı güzəştlər təqdim olunur:
-Biznes kreditlər üzrə tutulan komissiyada - 15% güzəşt
-Bank qarantiyası açılması üçün komissiyaya - 15% güzəşt
-Biznes kreditlərinin ölkə daxili və ölkə xarici köçürməsində komissiya - “0%”
-Biznes kreditlərinin köçürməsində mübadilə komissiyası – “0%”
Kreditlərin milli valyutada təqdim olunması da kampaniyanın üstünlüklərindən biridir, bu isə AccessBank-ın daha çox yerli iş adamlarına maliyyə dəstəyi göstərməsinə imkan yaradacaq.
Kampaniya 30 iyun 2017-ci ilədək davam edəcək.
Biznesin maliyyələşdirilməsi üzrə bazarda lider banklardan biri olan AccessBank, daim ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrə, kənd təsərrüfatına və istehsalata maliyyə dəstəyi göstərir və bununla da iqtisadiyyatın qeyri-neft sektorunun və sahibkarlığın inkişafına öz töhvəsini verir.
Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən, facebook və twitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
8 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
8 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























