PAŞA Sığortadan yeni kampaniya
Bakıya ağac hədiyyə edin və 50 AZN-dək hədiyyə kartı qazanın
PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” - daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsulu ilə bağlı yeni hədiyyə kampaniyası başladır.
Belə ki, iyunun 8-dən iyulun 8-dək “Yaşıl Bakı” məhsulunun Çinar, Cökə və ya Zeytun paketlərindən birini əldə edən hər kəs müvafiq olaraq 20, 30 və ya 50 AZN balansa malik “Bonus Plus” hədiyyə kartı qazanacaq. Müştərilər sözügedən hədiyyə kartlarından “Viva” şirniyyat evi, “Naxış”restoranı, “Café City” və “Maxi.az” məişət texnikası və elektronika mağazalarında faydalana bilərlər.
“Yaşıl Bakı” sığorta məhsulunun əsas özəlliyi ondan ibarətdir ki, hər üç paketin tarifləri öncədən müəyyən olunub və hər kəs özünə uyğun olan paketi seçə bilər. Belə ki, Çinar paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə 199 AZN təşkil edir. Paketlər bir-birlərindən təminat məbləğinə görə fərqlənir. “Yaşıl Bakı” paketləri yanğın, ildırım düşməsi; məişət və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısaqapanma; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, subasma; üçüncü şəxslərin hərəkətləri; təbii fəlakətlər; oğurluq, qarət; nəqliyyat vasitəsinin vurması, üçüncü şəxslərin əmlakına və səhhətinə dəyən ziyan kimi yüksək zərərli hadisələrdən sığortalayır.
Bununla yanaşı“Yaşıl Bakı” məhsulu əldə edilən zaman PAŞA Sığorta əməkdaşları tərəfindənpaketlərinadına və sayına uyğun olaraq paytaxtımızın öncədən müəyyən olunmuş yerlərində ağaclar əkilir. Beləliklə, bu məhsulu əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olacaqdır.
“Yaşıl Bakı” sığortasının daha bir üstünlüyü bu paketləri əldə edən hər kəsəmüxtəlif ticarət obyektlərində endirim imkanı verən xüsusi “Yaşıl Bakı” kartının təqdim olunmasıdır.
Hədiyyə kampaniyasında iştirak etmək və daha ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz.
“Yaşıl Bakı” sığortası, təminatlar və endirimlər barədə PAŞA Sığortanın rəsmi saytında yaxından tanış ola bilərsiniz:http://bit.ly/1L6BlVA
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























