Şəbəkə suyu “Mono su” adı ilə qablaşdırılaraq satışa çıxarılıb
İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Binəqədi və Nizami rayonlarında içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
“Azərsu” ASC-dən Marja-ya daxil olmuş məlumata görə, Nizami rayonu Nəsimi küçəsi ev 32 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən obyektdə isə qeyri-qanuni birləşmə ilə şəbəkə suyu “Mono su” adı ilə qablaşdırılaraq satışa çıxarılır.
Fakt aşkarlandıqdan sonra obyektin su təchizatı dayandırılıb və qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Həmçinin, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində fəaliyyət göstərən bir iaşə obyektinin içməli sudan qanunsuz istifadə etməsi barədə siqnal daxil olan kimi obyektin su təchizatı sisteminə baxış keçirilib. Məlum olub ki, burada fəaliyyət göstərən çörək və şirniyyat sexləri, eləcə də təhsil kursunun yerləşdiyi binanın sahibi yaxınlıqdan keçən su xəttinə qanunsuz qoşulub.
Rayon ərazisində fəaliyyət göstərən bir qarajda da içməli suyun talanmasının qarşısı alınıb. Araşdırmalar zamanı məlub olub ki, burada sudan qanunsuz istifadə edilməsi ilə yanaşı, böyük israfçılıq da var. İstifadədən qayıdan traktor və xüsusi texnikalar burada yuyulub təmizlənir. Obyektin daxilində bir neçə xidmət sahələri də qeyri-qanuni çəkilmiş sudan istifadə edib.
Sulutəpə qəsəbəsində yeni tikilmiş fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə etdildiyi aşkarlanıb. Məlum olub ki, vətəndaşlar yaxınlıqdan keçən şəbəkə xətlərinə müxtəlif diametrli borularla qanunsuz qoşulmalar ediblər.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
İçməli su şəbəkələrinə qanunsuz qoşulmalar su təchizatı sistemində hidravliki rejimlərin pozulmasına və abonentlərin su təminatının pisləşməsinə, su itkilərin artmasına səbəb olur. “Azərsu” ASC vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 505 fakt aşkarlanıb ki, bunun da təkcə 181-i, Binəqədi rayonunun payına düşür. Həmin hallar üzrə müvafiq olaraq 124 min kubmetr və 43 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar ayında sudan qanunsuz istifadə ilə bağlı 9 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 d. əvvəl
- 8 d. əvvəl
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
18 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
18 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Azərbaycan neftinin son qiyməti
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Ən çox oxunanlar
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub















.jpg)





