Məhsul çox, alıcı yox...
Ağsulu fermerlər əkib becərdikləri sarımsağa müştəri axtarırlar
Sarımsaqdan söz düşəndə yada Ağsu düşür. Keçən il ölkədə yaşanan sarımsaq qıtlığı fonunda rayonun bir sıra təsərrüfatlarının sarımsaqdan əldə etdikləri gəliri ən azı ağsulular unutmayıblar. Kiloqramı 8-10 manatdan olan məhsulun gəlirini unutmaqmı olar?!
Bəs, cari ildə vəziyyət nə yerdədir? Rayonun Kənd Təsərrüfatı İdarəsindən aldığımız məlumatda bildirilir ki, bu il rayonda təxminən 160 hektarda sarımsaq əkilib. Məhsul boldur. Əvəzində müştəri qıtdır. Ərəbşahı kənd ərazi inzibati dairəsi üzrə nümayəndə Gülağa Əliyev deyir ki, ərazidə 1200-dən çox təsərrüfat var:
“Bu il 1200 hektarda taxıl, 160 hektarda pambıq, 100 hektarda sarımsaq və digər bitkilər əkilib. Sakinlər bununla həm məşğulluqlarını, həm də dolanışıqlarını təmin edirlər. Kəndlərin işıq, qaz və su sarıdan da problemləri həllini tapıb. Əlavə olaraq yaxın zamanlarda ərazidə daha bir subartezian quyusu qazılacaq. Bundan sonra su ilə təminat daha da yaxşılaşacaq”.
SARIMSAQ ƏKƏNLƏR ÇOX OLUB
G.Əliyev sonra bildirdi ki, artıq sarımsağın yığım vaxtıdır və sahələrdə bol məhsul var:
“Lakin alıcı yoxdur. Bu da bir sıra amillərlə bağlıdır. Əvvəla, keçən il baha qiymətə satıldığından sarımsaq əkənlər çox oldu. Bir inzibati ərazi üçün 100 hektar sarımsaq əkilməsi az deyil. Müqayisə üçün deyim ki, bu qədər əkin hətta bir rayonun normasıdır. Odur ki, bizim inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan kəndlərin fermerləri istehsal etdikləri məhsulu satmaq üçün “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə müqavilə bağlayıblar. Lakin ASC-nin nümayəndələri məhsulu yalnız quruduqdan sonra alacaqlarını deyirlər ki, bu da istehsalçılarda narahatlıq yaradır. Səbəb məhsulu saxlama yerlərinin və qurutmaxanalarının olmamasıdır”.
Fermer Təbiət Abdullayev 16 ildir sarımsaq əkir. Onun yaxşı gəlir verdiyini deyir:
“Məhsul yaxşı olanda və uyğun qiymətə satılanda hətta ailənin dolanışığını çıxarmaq mümkündür. Məsələn, keçən il sarımsaqla özünə avtomobil və ev alan, ailəsini zəruri məişət avadanlıqları ilə təchiz edən fermerlər oldu”. T.Abdullayev deyir ki, sarımsağın becərilməsi çox çətin deyil. İldən asılı olaraq iki və ya üç dəfə dibi yumşaldılır və alaq otlarından təmizlənir. Suvarılması da təxminən bir o qədər olur. Bir hektar sarımsaq sahəsinə təxminən 900 kiloqramdan 1100 kiloqrama qədər toxum səpilir. Məhsuldarlıq isə orta hesabla hektardan 10 tona qədər olur.
"ÜMİDİMİZ "ƏRZAQ MƏHSULLARININ TƏDARÜKÜ VƏ TƏCHİZATI" ASC-YƏDİR"
Fermerin sözlərinə görə, əvvəlki illərdə istehsal olunan məhsulun alıcısı həmişə başının üstündə olub: “Gürcüstan və Dağıstandan müştərilər gəlib onu yerində alırdılar. Bu da olmayanda özümüz satırdıq. Bu il isə ümidimiz “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yədir”.
Fermer deyir ki, sarımsağın zoğu da yaxşı pula gedir. Hətta bu il aprelin sonlarında Dağıstandan gələn müştərilər turşu tutmaq üçün yalnız bu kənddən kiloqramı 50 qəpikdən 60 ton sarımsaq zoğu alıb aparıblar. Bu isə kənd sakinlərinin 30 min manat qazanc əldə etmələri deməkdir.
Bir sözlə, sarımsaq kəndli üçün normal gəlir sahəsidir. Qalır ondan səmərəli istifadə. Bunun üçün isə təkcə əkib-becərmək azdır, həm də hazır məhsulun kəndlini razı salacaq qiymətə satışını təşkil etmək lazımdır.
15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!
© Azərbaycan
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
8 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
9 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
9 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)






