Gürcüstan valyutası 10 ayda dollar qarşısında 15%-dən çox möhkəmlənib
Gürcüstan Milli Bankı fevralın 9-na rəsmi dollar/lari məzənnəsini 2,92 lari səviyyəsində müəyyən edib. Beləliklə, milli valyuta 2021-ci ilin aprelindən bəri 15,5% möhkəmlənib.
2021-ci il aprelin 27-də dollar 3,46 lariyədək bahalaşmışdı.
Marja xəbər verir ki, Gürcüstan valyutasının dəyərinin artmasına baxmayaraq, respublikada hələ də rekord yüksək inflyasiya qalmaqdadır. Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin yanvar ayında inflyasiya illik hesablamada 13,9% təşkil edib.
Gürcüstan parlamentinin Büdcə və Maliyyə Komitəsinin rəhbəri İrakli Kovzanadze çərşənbə axşamı gürcü jurnalistlərə bildirib ki, gürcü valyutasının möhkəmlənməsi 2021-ci ildə yüksək iqtisadi artım (10,6%), M2 pul kütləsinin azalması, yüksək yenidən maliyyələşdirmə dərəcəsi (illik 10,5%) ilə əlaqələndirilir.
Həmçinin deputat hesab edir ki, xaricdən pul köçürmələrinin ümumi həcminin artması larinin məzənnəsinə də müsbət təsir edib. Milli Bankın məlumatına görə, 2021-ci ildə dünyanın müxtəlif ölkələrindən Gürcüstana 2,3 milyard dollardan çox vəsait köçürülüb ki, bu da 2020-ci illə müqayisədə 24,6% çoxdur.
2021-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 14 milyard dollardan çox olub ki, bu da 2020-ci illə müqayisədə 25,6% çoxdur. Ümumi mal ixracı 2020-ci illə müqayisədə 26,9% artaraq 4,2 milyard dollardan, idxal isə 2020-ci illə müqayisədə 24,1% artaraq 10 milyard dollardan çox olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
49 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)





