Visa ABB-ni mükafatlandırdı!
(®) Visa beynəlxalq ödəniş sistemi Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə təşkil etdiyi görüşdə ABB-ni bir neçə nominasiya üzrə mükafatlandırıb. Bank “Azərbaycanın dəmir yolları nəqliyyatında ilk dəfə təmassız bank kartlarının tətbiqi”, “Visa kartları ilə “Kartdan-karta” xidməti üzrə ən çox dövriyyəsi olan bank” və “Yeni məhsulun tətbiqi” nominasiyaları üzrə mükafatlar qazanıb.
Xatırladaq ki, ötən ilin iyununda ABB Azərbaycan Mərkəzi Bankı, Visa və Azərbaycan Dəmir Yolları ilə tərəfdaşlıq əsasında şəhərətrafı dəmir yollarında təmassız ödəniş sistemini tam şəkildə istifadəyə verib. Beləliklə, Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankının kartları ilə təmassız ödəniş etmək imkanı yaradılıb. Həmçinin Bank müştəri məmnuniyyətinin artırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə ödəniş kart məhsulları üzrə çeşidləri və xidmətləri artırıb.
ABB hazırda Visa da daxil olmaqla ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq əlaqələrinə malik olan Azərbaycan bankıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 24 d. əvvəl
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı




















