“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Avropa və İngiltərədə risklər yenidən artır.InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik, o cümlədən enerji qiymətlərindəki dəyişikliklər və monetar siyasətlə bağlı gözləntilər fonunda avroda eniş tendensiyası qorunur. Beləliklə, ucuzlaşma 1.13$ həddi qırılarsa, 1.1180$-a kimi sürətlənə bilər.
GBP.
Bu həftə həm İngiltərə həm də Avrozonada açıqlanacaq sənaye və xidmət sektorunda biznes aktivliyi indeksi göstəriciləri öncəsi funt sterlinq dünya birjalarında ucuzlaşmaqda davam edir. 1.35$ həddi qırılacağı təqdirdə eniş tendensiyası 1.33$-a kimi davam edə bilər.
TRY.
Ötən həftə TCMB faiz dərəcələrini dəyişməsə də USDTRY məzənnəsində stabillik qorunur.
Təhlillər isə lirənin bahalaşa biləcəyi, USDTRY məzənnəsinin 12.94 hədlərinə qədər enəcəyi istiqamətindədir.
OIL.
Getdiksə yüksələn yoluxma sayı və geosiyasi gərginliyin artan riskləri fonunda neftə olan tələbin artdığı müşahidə edilir. Bu, Brentin bir barelinin 93$-a kimi dəyər qazanacağını proqnozlaşdırmağa əsas verir.
Cümə axşamı saat 20:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
İnvestorların bu həftənin çərşənbə günü baş tutacaq FED-in toplantısı öncəsi bir qədər təmkinli davranmağa üstünlük verməsi nəticəsində qızılda üfüqi dalğalanma müşahidə olunur. Monetar siyasətlə bağlı veriləcək mesajlar qızılda tendensiyanın gələcəyinə ciddi təsir edə bilər. Beləliklə, 1845$-ın (59.32$/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1870$-a (60.12$/qram) kimi dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 4 d. əvvəl
- 20 d. əvvəl
-
41 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 48 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
“AS Group” WUF13-də iştirak edib
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Ən çox oxunanlar
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir






.jpg)
.jpg)







.jpg)






