Azərbaycanda qaz hasilatı 23 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ildə 54,5 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz, əmtəəlik qaz hasilatı 23,0 faiz artmışdır.
Emal sektorunda tikinti materiallarının istehsalı 80,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,3 faiz, tütün məmulatlarının istehsalı 54,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8 faiz, kağız və karton istehsalı 26,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,5 faiz, mebel istehsalı 24,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,4 faiz, hazır metal məmulatlarının istehsalı 17,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,9 faiz, neft məhsullarının istehsalı 13,4 faiz, qida məhsullarının istehsalı 10,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 8,3 faiz, içki istehsalı 2,3 faiz artmış, maşın və avadanlıqların istehsalı 9,1 faiz, elektrik avadanlıqlarının istehsalı 11,2 faiz, geyim istehsalı 21,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,3 faiz, poliqrafiya məhsullarının istehsalı 45,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 92,6 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 18,2 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







