Yeni investisiya şirkətinin əməliyyatlarının həcmi 1 milyard manatı keçib
"ABB" ASC-nin 2020-ci ilin iyun ayında yaratdığı və eyni ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankından lisenziya almış “ABB-İnvest İnvestisiya Şirkət” QSC-nin 2021-ci ildə cəmi əməliyyatlarının həcmi 1 milyard manatı keçib.
Marja.az Bakı Fond Birjasının statistikasına istinadən xəbər verir ki, ötən il “ABB-İnvest İnvestisiya Şirkət”nin cəmi əməliyyatlarının həcmi 1 milyard 68 milyon 752 min manat təşkil edib. Keçən il “ABB-İnvest İnvestisiya Şirkət” Mərkəzi Bankın notları üzrə 445 milyon 433 min manatlıq, dövlət istiqrazları üzrə 273 milyon 51 min manatlıq, korporativ istiqrazlar üzrə 8 milyon 950 min manatlıq, səhmlər üzrə 28 min 839 manatlıq, repo əməliyyatları üzrə 341 milyon 288 min manatlıq əməliyyatlar reallaşdırıb. Cəmi əməliyyatların sayı 489 olub.
Qeyd edək ki, “ABB-İnvest İnvestisiya Şirkət” QSC 2020-ci ildə cəmi 10 min 980 manatlıq 1 əməliyyat aparmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)






.jpg)








