Azərbaycanda fəaliyyət göstərən bank 2 milyon manata yaxın zərər açıqladı
"Bank Melli İran" Bakı filialı 2021-ci ili 1 milyon 960 min manat xalis zərər ilə başa vurub.
Halbuki, filial 2020-ci ili 784 min 288 manat xalis mənfəət ilə bağlamışdı. Ötənilki zərərin səbəbi aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaların 10 dəfədən çox artaraq 3 milyon 733 min manata yüksəlməsilə əlaqədardır.
Xatırldaq ki, "Bank Melli İran" filial 2019-cu ili 16 miylon 556 min manat xalis zərər ilə başa vurmuşdu. Həmin ildə zərərin səbəbi ehtiyatların yaradılmasına ayırmaların kəskin artması idi.
Marja.az xəbər verir ki, ötən il "Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 4 milyon 102 min manat, cəmi xərcləri isə 6 milyon 62 min manat təşkil edib.
GƏLİRLƏRİ ARTIB
Filialın faiz gəlirləri 2021-ci ildə 2020-ci illə müqayisədə 684 min manat və ya 24,8% artaraq 3 milyon 443 min manat təşkil edib.
"Bank Melli İran" Bakı filialının xarici valyuta əməliyyatları üzrə gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 23,7% artaraq 455 min manat, haqq və komissiya gəlirləri 24,5% artaraq 184 min manat olub.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
"Bank Melli İran" Bakı filialının kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci ildə 2020-ci illə müqayisədə 4 milyon 623 min manat və ya 88,5% artaraq 9 milyon 845 min manata yüksəlib.
BANK KİÇİLİB
Ötən il "Bank Melli İran" Bakı filialının cəmi aktivləri 6 milyon 859 min manat və ya 7,3% azalaraq 86 milyon 841 manata geriləyib. Bunun səbəbləri qiymətli kağızlara investisiyaların və digər aktivlərin azalmasıdır.
MƏCMU KAPİTALI "ƏRİYİB"
31 Dekabr 2021-ci il tarixində "Bank Melli İran" Bakı filialı 52 milyon 668 min manat məcmu kapitala malik olub. Filial 2020-ci ilin sonunda 55 milyon 535 min manat məcmu kapitala malik idi. Məcmu kapitalın azalması xalis zərər ilə bağlıdır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 23 d. əvvəl
-
-
58 d. əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
1 saat əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
2 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
2 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Nazirə yeni müşavir təyin edilib
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib









.webp)







.jpg)





