“Azəriqaz”dan dünəndən müzakirə olunan müraciəti ilə bağlı - Açıqlama
“Azəriqaz” İstehsalat Birliyi ötən gün uzun müddət evdə olmayan abonentlərə müraciət edib.
Qurumun Hüquq Departamentinin rəisi Vüqar Eyvazov bildirib ki, Azərbaycanda bir aydan çox evdə olmayacaq abunəçi quruma bu barədə məlumat verməlidir.
Sözügedən açıqlama sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəzi abonentlər buna tənqidi yanaşıb və kommunal sektorda rəqəmsallaşma, innovasiyaların yetərincə inkişaf etmədiyinin göstəricisi kimi qiymətləndiriblər.
Məsələ ilə bağlı “Azəriqaz” İB-lə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəisi Eldəniz Vəliyev bildirdi ki, bu, məcburi xarakter daşımır və vətəndaşların təhlükəsizliyini nəzərə alaraq belə tövsiyə edilib:
“Bu tövsiyədir ki, əgər vətəndaş 1-2 ay evində olmayacaqsa, müvafiq qaz idarəsinə və ya “ASAN Komunal”a müraciət edir və öz mavi yanacağını müvəqqəti bağlatdırır. Sabah külək olar, qaz xəttinin üstünə ağac aşa bilər, sızma hadisəsi baş verə bilər və ya vətəndaş geri qayıdıb işığı yandıranda partlayış ola bilər. Bu, adi təhlükəsizlik qaydasıdır. Bəzən də vətəndaşlar narazılıq edirlər ki, 2-3 ay mənzildə yaşamayıblar və onlara müəyyən qədər qaz pulu gəlib. Halbuki evin içində sızma ola bilir və bu da abonentin sərfiyyatına yazılır. Biz də bunları nəzərə alıb tövsiyə edirik ki, bir neçə ay evdə olmayacaq abonent müraciət edib qazı bağlada bilər. Bu, təhlükəsizlik məqsədi daşıyır və biz heç bir geriyə addım atmırıq. Həm də bu, mütləq edilməlidir deyə bir şey yoxdur. Bir qrup adam var ki, sosial şəbəkədə bizim fəlaiyyətimizi, gördüyümüz işləri gözdən salmaq, qarayaxma ilə məşğuldur”.
E. Vəliyev, həmçinin əlavə edib ki, abonent fikrini dəyişib bir neçə gündən sonra geri qayıtsa, 10 dəqiqə ərzində zəng vurub yenidən mavi yanacağı bərpa edə bilər. Burada nə böyük zaman itkisi, nə də pul itkisi var.
©️ Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur















.jpg)





