Azərbaycanın 14 xəstəxanasında orqan köçürülməsi həyata keçirilir - SİYAHI
Azərbaycanda donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı məlum olub.
Məlumata görə, hazırda ölkədə 14 tibb müəssisəsinə bununla bağlı icazə verilib.
Həmin xəstəxanaların siyahısını təqdim edirik:
1. Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası | böyrəklər |
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı | qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası |
3. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı | qaraciyər, böyrəklər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi |
4. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi | gözün buynuz qişası |
5. Mərkəzi Neftçilər Xəstəxanası | qaraciyər, böyrəklər, mədəaltı vəzi və onun seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası |
6. “Mərkəzi Klinika” MMC | böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi |
7. Respublika Müalicəvi Diaqnostika Mərkəzi | ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi |
8. Milli Hematologiya və Transfuziologiya Mərkəzi | sümük iliyi |
9. Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası | qaraciyər, böyrəklər |
10. “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC | böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi |
11. “Dünya Göz Azərbaycan” MMC | gözün buynuz qişası |
12. Bakı Sağlamlıq Mərkəzi | qaraciyər, ağciyər, böyrəklər |
13. Baku Medical Plaza | ağciyər |
14. Bona Dea Beynəlxalq Xəstəxanası | ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası |
Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən ölkədə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
41 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
51 d. əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
57 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















