100 manat yardım 47 min ailəyə ödəniləcək
Prezident İlham Əliyevin yeni imzaladığı “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncam bu kateqoroyadan olan ailələrin sosial müdafiəsinə göstərilən xüsusi qayğının daha bir təzahürüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 4,8 milyon manat ayrılıb.
Sərəncam ünvanlı sosial yardım alan, 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımı həmin ailələrin hesablarına köçürəcək.
Qeyd edək ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edir və bu məbləğ son 4 ildə 88% artaraq 280 manatı ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






