970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hotellərdə aparılan monitorinqlər gücləndiriləcək

AzVak-mobil_resmin_ustu_31
Hotellərdə aparılan monitorinqlər gücləndiriləcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

Nazirlər Kabinetinin pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili qaydaları haqqında qərarının icrasına nəzarət edilməsi məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən digər dövlət qurumları ilə birlikdə hotellərdə aparılan monitorinqlər bayram günlərində  daha da intensivləşdiriləcək.

Agentliyin yaydığı məlumatda bildirilir ki, qonaqların və hotel əməkdaşlarının təhlükəsizliyini, eləcə də Bakıda və regionlarda yerləşən hotellərin davamlı fəaliyyətini təmin etmək məqsədilə aparılan monitorinqlərdə gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi və karantin rejimi qaydalarına əməl edilmə səviyyəsi yoxlanılacaq.

Reklam_3_11

Dövlət Turizm Agentliyi bir daha hotellərin işçi heyətinə, eləcə də qonaqlara xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə COVID-19 pasportunun olması, sosial məsafənin gözlənilməsi, eləcə də dezinfeksiyaedici məhlullardan, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olması barəsində xəbərdarlıq edir və pandemiya ilə əlaqədar olaraq müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırır.

28.12.2021 14:27
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19