2 gündə 1032 müraciət
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə 2 gün ərzində 1032 vətəndaşın müraciəti qeydiyyata alınıb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin “Güzəştli mənzil” sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 24.05.2017-ci il tarixli 1418 nömrəli fərmanına uyğun olaraq, güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu mayın 30-da istifadəyə verilmiş “Güzəştli mənzil” elektron sistemi vasitəsilə davam edir. İlk 2 gün ərzində ümumilikdə 1032 müraciət qəbul olunaraq qeydiyyata alınıb.
Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş müvafiq Qaydaya əsasən, müraciətə onun qeydiyyata alındığı gündən 5 iş günü ərzində baxılır. 2 gün ərzində qeydiyyata alınmış 1032 müraciətdən 423 vətəndaşın müraciəti artıq cavablandırılıb.
Belə ki: 366 nəfərin güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənərək hər birinin şəxsi elektron kabinetinin yaradılması təmin edilmiş;
41 nəfərin sənədlərinin natamam şəkildə təqdim olunması səbəbindən sənədlərdəki çatışmamazlıqların aradan qaldırılması zərurəti ilə bağlı bildiriş göndərilmiş;
16 nəfərin müvafiq kateqoriyaya uyğun olmaması müəyyənləşdirilərək bu barədə bildiriş göndərilmişdir.
Müraciətlərin 50 %-dən çoxu vətəndaşların özləri tərəfindən “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə edilmiş, qalan hissəsi isə müvafiq “ASAN Xidmət” mərkəzlərində “MİDA” MMC-nin əməkdaşlarının köməkliyi ilə sistemdə qeydiyyata alınmışdır.
Xatırladaq ki, “Güzəştli mənzil” sistemi www.e-gov.az ünvanında yerləşən “Elektron hökumət” portalında yaradılmışdır. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Vətəndaşlar Elektron İmzanı (www.e-imza.az) və ya Asan İmzanı (www.asanimza.az) müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Müvafiq elektron imzaya malik olan və tələb olunan sənədləri əvvəlcədən hazırlamış vətəndaşların “Elektron hökumət” portalı vasitəsilə birbaşa müraciəti əlavə vaxt itkisinin qarşısını alır və cəmi bir neçə dəqiqə ərzində tamamlana bilər.
Sistemdən istifadə ilə bağlı ətraflı video təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az və ya www.mida.az “internet-saytları”nın ana səhifəsində yerləşən “GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sisteminə daxil olmaq üçün keçid də təqdim olunub.
Bununla belə, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə onlara Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində müvafiq xidmət göstərilir.
Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir. Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib



















.jpg)





