Azərbaycanın iri şəhərində əhalinin sayı cəmi 26 nəfər artıb
Gəncə şəhərinin demoqrafik göstəriciləri açıqlnıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, ərazisi 125 kvadrat kilometri əhatə edən Gəncə şəhərinin əhalisinin sayı ilin əvvəlindən 26 nəfər artaraq 1 oktyabr 2021-ci il vəziyyətinə 335 min 828 nəfərə çatmışdır.
Əhalinin 152 min 918 nəfəri Nizami rayonunda, 182 min 910 nəfəri isə Kəpəz rayonunda yaşayır. Əhalinin 48,8 faizi kişilərdən, 52,2 faizi isə qadınlardan ibarətdir.
2021-ci ilin yanvar-sentyabr aylarında şəhərdə 1855 körpə doğulmuşdur. Doğulanların 995 nəfərini oğlanlar, 860 nəfərini qızlar təşkil edir.
2021-ci ilin 9 ayında 1980 ölüm halı qeydə alınmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında şəhərdə qeydiyyat şöbələri tərəfindən 1171 nikaha daxilolma və 575 boşanma halları qeydə alınmışdır.
Həmçinin 2021-ci ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün Gəncə şəhərinə 391 nəfər gələn, şəhərdən 240 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu şəhər üzrə müsbət 151 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
8 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
9 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























