Fermerlər risk etdilər - Salyanda ilk dəfə əkilir
İndiyədək Salyanda çəltik əkən olmayıb. Çəltik əkmək istəyənlər olsa belə, məhsul əldə edə bilməyəcəklərindən ehtiyatlanaraq risk etməyiblər. Fermerlər bunun səbəbini isə torpağın şoran olması ilə izah edirlər.
Buna baxmayaraq, bu il ilk dəfə olaraq rayonun Sarvan kəndində çəltik əkininə başlanılıb. Torpaq sahibi Mərdan Cəlilov bu mövsüm 3 hektar sahədə çəltik əkməyi nəzərdə tutub. Fermer cənublu mütəxəssislərin məsləhəti ilə əkindən əvvəl dərin dondurma şumu aparıb, səpinqabağı sahə yenidən şumlanıb. Bundan sonra tirlər düzəldilib, ləklər hazırlanıb və sahə səpinə hazır vəziyyətə gətirilib. Əkin zamanı yerli “Sədr” toxumlarından istifadə edilir. Toxum isə Astara və Lənkəran rayonlarından gətirilib. Artıq iki hektar sahədə səpin aparılıb. İlk əkilən sahələrdə yaxşı cücərti alınıb. Təsərrüfat sahibi hər hektardan 5-6 sentner məhsul əldə etmək niyyətindədir.
M.Cəlilov deyib ki, bu il gözlədiyi məhsuldarlığa nail ola bilsə, növbəti təsərrüfat ilində çəltik sahəsini daha da genişləndirəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)





