Azərbaycanda 30-dan çox auditorun fəaliyyəti dayandırıla bilər
Auditorlar Palatası üzvlük haqqını ödəməyən auditor təşkilatları və sərbəst auditorların siyahısın açıqlayıb.
Marja xəbər verir ki, Palatanın məlumatında deyilir:
Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq (06.07.2021-ci il 02/89 saylı, 22.09.2021-ci il 02/132 saylı və 26.10.2021-ci il 02/150 saylı) və Auditorlar Palatası Şurasının 2021-ci il 07 sentyabr tarixli 334/6 nömrəli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən 2021-ci ilin I yarımili ərzində Auditorlar Palatasına üzvlük haqqının ödənilməsi vəziyəti barədə” qərarının 4-cü bəndinə məhəl qoymayaraq 2021-ci il 01 noyabr tarixədək üzvluk haqqı borclarını tam ödəməyən Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının və sərbəst auditorların siyahısı hazırlanaraq məlumat üçün Sizə bəyan edilir.
AUDİTOR TƏŞKİLATLARI:
1.“Argentum Audit” MMC - (direktor Əhmədbəyli Elturan)
2.“ASON AUDİT” MMC - (direktor Vəkilov Orxan)
3. “Audit Planing and Strategy” MMC - (direktor Məmmədov Ürfət)
4. “Consulting Service of Baku" MMC - (direktor Qədirov Vidadi)
5.”Davud Mamedov” MMC - direktor (Məmmədov Davud)
6."EON Audit" MMC - (direktor Ağayev Orxan)
7."Eurocond Plus" MMC- (direktor Camal-zadə Anar)
8."Fairness Consalting Grup" MMC – (direktor Məmmədov Eldəniz)
9.“Global and legal Audit” MMC- (direktor Qarayev Rüfət)
10.“İntex Audit” MMC- (direktor Əliyev Ruhin)
11.“Moore Stephens Azərbaycan” MMC - (direktor Əhmədov Fariz)
12. “Next Audit Konsalting” MMC - (direktor Həsənov Bəhlul)
13.“ONZ Accounting” MMC - (direktor Orucov Nurlan)
14.“OSHAR” MMC - (direktor Manafov Rahim)
15.“Premium Audit” MMC - (direktor Kərimov Natiq)
16.“PSG Tax Konsalting” MMC - (direktor Məmmədov Səbuhi)
17. “Proqress Audit" MMC - (direktor Məmmədov Kamal)
18. “RSM Azərbaycan” MMC - (direktor Məhərrəmov Tural)
19.“RM Audit” MMC- (direktor Miriyev Rasət)
20.“TNM AUDİT” MMC - (direktor Talıbov Nəcəf)
21.“V.İ.P Audit” MMC - (direktor Fərəcov Elçin)
22. “VXA AUDİT” MMC - (direktor Qurbanov Elçin).
SƏRBƏST AUDİTORLAR:
1.Eminov Otello Zəkəriyyə oğlu
2.Əliyev İbiş Müseyib oğlu
3.Fətiyev Üzeyir Cəmil oğlu
4.Gülməmmədov Şirxan Yadigar oğlu
5.İsayev Telman Mabud oğlu
6.Quliyev Elçin Vaqif oğlu
7.Mikayılzadə Raqif Rami oğlu
8.Rzayev Akif Məlik oğlu
9.Sadıxov Musa Sərxan oğlu
10.Tağıyev Vasif İbrahim oğlu
11.Yusifova Gülnarə İsfəndiyar qızı.
Qeyd edilib ki, Auditorlar Palatası Şurasının 2021-ci il 07 sentyabr tarixli 334/6 nömrəli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən 2021-ci ilin I yarımili ərzində Auditorlar Palatasına üzvlük haqqının ödənilməsi vəziyəti barədə” qərarının 5-ci bəndinə uyğun olaraq, auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti sistemində şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar sifarişçilərin mənafelərinin qorunması məqsədilə üzvlük haqqını tam ödəməyən auditor təşkilatları və sərbəst auditorların auditor fəaliyyətləri 01.01.2022-ci il tarixindən dayandırılacaq və onların risk qrupunda olmalarının sifarişçilərin nəzərlərinə çatdırılması məqsədilə Auditorlar Palatasının internet səhifəsində yerləşdiriləcəkdir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
12 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
13 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
13 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























