Bolkartlılara özəl Yeni İl kampaniyaları!
Bank of Baku, yeni il ərəfəsində Bolkartlılara özəl silsilə yeni il kampaniyalarına start verdi. Bu kampaniyalar yeni ilin gəlişini xaricdə qarşılayanların, sevdiklərinə bayram hədiyyəsi almaq istəyənlərin və sərfəli şərtlərlə yeni il süfrəsi üçün bayram bazarlığı etməyə hazırlaşanların tam ürəyincə olacaq.
“Xaricdə gen-bol xərcləyin, 2 ay sonra ödəyin!” şüarı altında keçirilən ilk kampaniya yeni ili xaricdə qeyd edən Bolkartlılar üçün əsl bayram hədiyyəsi olacaq. Belə ki, 23 dekabr 2016 – 5 yanvar 2017-ci il tarixlərini əhatə edən kampaniya çərçivəsində, Bolkartlı dekabr ayında xaricdə etdiyi istənilən alış-verişin xərcini fevralda, yanvar ayında etdiyi alış-verişin xərcini isə martda ödəmək imkanı qazanacaq. Bu kampaniyadan həmçinin, xarici saytlarda onlayn alış-veriş edən Bolkartlılar da faydalana bilər.
İkinci kampaniya yeni il hədiyyəsi almağa hazırlaşan Bolkartlılar üçün nəzərdə tutulub. Bolkart şəbəkəsinə daxil olan “3, 6, 12 aya ödə” partnyor mağazalarında alınan istənilən malın ödənişinə +1 AY HƏDİYYƏ verilir. Yəni, Bolkartlı etdiyi alış-verişin xərcini opsiyadan asılı olaraq 3 aya deyil 4 aya, 6 aya deyil 7 aya, 12 aya deyil 13 aya ödəyə biləcək. Kampaniya 5 yanvar 2017-ci il tarixinədək keçərlidir.
“Partnyor marketlərdə ürəklə alış-veriş et, 2 ay sonra ödə” şüarı ilə keçirilən üçüncü kampaniya isə bayram alış-verişinə hazırlaşan Bolkartlıların sevincinə səbəb olacaq. Belə ki, Bolkart partnyor şəbəkəsinə daxil olan istənilən marketdə 23-31 dekabr tarixləri arasında edilən alış-verişin xərcini Bolkartlılar yanvarda deyil fevralda, 01-05 yanvar tarixləri arasında etdikləri alış-verişin xərcini isə fevralda deyil martda ödəyəcəklər.
Kampaniyalarda Bolkart kredit kartlarının bütün növləri iştirak edir.
Bolkart şəbəkəsinə daxil olan partnyor mağazalarla bu linkdən tanış ola bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 d. əvvəl
-
23 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
31 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 49 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı






.jpg)











.jpg)





