Belarus “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıbBelarus Respublikasının Milli Elmlər Akademiyasının “Geoinformasiya sistemləri” müəssisəsinin nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmos) səfər edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində qonaqlara “Azərkosmos”un fəaliyyəti, operatoru olduğu peyklər və Azərbaycanın kosmik proqramı haqqında məlumat verilib. Daha sonra qonaqlar Azərbaycan Respublikasının Kosmik Agentliyinin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanış olublar.
Səfərin sonunda “Azərkosmos” və Belarusun Milli Elmlər Akademiyası arasında Yer səthinin məsafədən müşahidə xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, Belarusun Milli Elmlər Akademiyası kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, turizm marşrutlarının müəyyən olunması üzrə həyata keçirilən layihələrdə “Azersky” peykinin təsvirlərindən istifadə edəcək.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
8 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
49 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"















.jpg)






