Məşhur ulduzun 37 illik ayaqqabısı rekord qiymətə satılıb
İdman tarixində ən bahalı ayaqqabıdır...Ötən bazar günü Las-Veqasda dünyanın ən qədim auksion evlərindən biri olan Sotheby’s-də keçirilən hərracda bir ilk yaşanıb.
Marja xəbər verir ki, idman geyimləri və aksesuarları istehsalçısı Nike-ın “Air Ships” seriyalı idman ayaqqabısı rekord qiymətə - 1 milyon 470 min dollara satılıb.
Bu idman ayaqqabılarını özəl edən isə onların ən məşhur basketbol ulduzu, ikiqat Olimpiya çempionu amerikalı Maykl Cordana məxsus olmasıdır. Bir çox reytinqlərdə “dünyanın ən yaxşı basketbolçusu” adlandırılan, 1980-1990-cı illərdə basketbol idman növünü bütün dünyada məşhurlaşdıran Cordan Milli Basketbol Assosiasiyasında ilk peşəkar karyerasına başladığı Chicago Bulls klubunda keçirdiyi birinci mövsümdə həmin ayaqqabıları geyinib.
NBA tarixində ilk milyarder oyunçu olan Maykl Cordanın sevimli modeli həm də idman sahəsində indiyə qədər satılmış ən bahalı ayaqqabıdır. Hərracın qalibi məşhur kolleksiyaçı Nik Fiorella olub.
İndiyə qədər auksionda satılmış ən bahalı idman tərzində ayaqqabı isə məşhur repçi Kanye Uestin geyindiyi, bu ilin aprelində 1,8 milyon dollara satılan Nike Air Yeezy 1 Prototype modelidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)







