STP Şirkətlər qrupu REBUİLD KARABAKH sərgisində iştirak edir
. RAzərbaycanın qeyri-neft sektorunun liderlərindən olan STP şirkətlər qrupu Qafqaz bölgəsinin inşaat sahəsində ixtisaslaşmış ən böyük sərgisi olan ReBuild Karabakh sərgisində iştirak edir.
Qrupun sərgidəki stendində şirkətə məxsus 12 istehsal sahəsinin nümayəndələri ilə ümumilikdə 100-dən çox məhsul və xidmətlər təklif edir. Bu məhsulların 40-dan çoxu Azərbaycanda və regionda yalnız STP Şirkətlər qrupu tərəfindən istehsal olunur və keyfiyyətcə alternativlərini üstələyir.
2009-c ildə əsası qoyulan STP fəaliyyət göstərdiyi ilk gündən avadanlıqların və tətbiq etdiyi texnologiyaların müasirliyi, təqdim etdiyi məhsul və xidmətlərin keyfiyyəti, həmçinin istehsal həcmi ilə yerli və xarici bazarın diqqətini çəkməyi bacarıb. 2020-ci ildə şirkət öz ənənəsini qorumaqla biznes və idarəçilik formasını dəyişdirərək Şirkətlər qrupuna çevrilib. Bununla STP şirkətlər qrupu müştəri mərkəzli və ixtisaslaşmış yanaşması ilə bazarın tələblərinə daha çevik reaksiya verməyi planlayır.
Texnoparkda fəaliyyət göstərən istehsal sahələrində ölkəmizin neft-qaz, enerji, inşaat, kənd təsərrüfatı kimi sahələri üçün məhsul istehsal edilir. Bu məhsulların əksəriyyəti ölkəyə idxalın azaldılmasına istiqamətlənmiş keyfiyyəti beynəlxalq sertifikatla təsdiqlənmiş məhsullardır.
Müəssisə yarandığı gündən Keyfiyyət İdarəetmə, Ətraf Mühit İdarəetmə, eləcə də Əməyin sağlamlığının və Təhlükəsizliyinin qiymətləndirilməsi üzrə beynəlxalq sertifikatlar altında fəaliyyət göstərib.
STP Şirkətlər qrupunun sərgi iştirakçılarına təklif etdiyi məhsullar əsasən bunlardır: müxtəlif növ kabel məhsulları, geniş çeşiddə polimer borular, hər növ metal konstruksiyalar, alüminium və mis profillər, Sendviç panellər, texniki qazlar, elektrik stansiyaları üçün müxtəlif növ modul tipli dolablar, sənaye kranları, xüsusi təyinatlı avtomobil və qoşqular istehsal olunur. Bununla yanaşı Texnoparkda, Maşın və mexanizmlərin detallarının dəqiq və mexaniki emalı, qaynar sinkləmə və qumlama və boyama xidmətləri də təklif olunur.
STP-nin təklif etdiyi məhsul və xidmətlərin əksəriyyəti Qarabağda həyata keçiriləcək infrastrukturun yenidən qurulmasında birbaşa istifadə ediləcək növdəndir. Misal üçün enerji sistemi, içməli su şəbəkəsi, tullantı su sistemi, metal konstruksiyalar, işıq dirəkləri, elektrik dirəkləri, həmçinin modul tipli otaq və ofislər STP Şirkətlər qrupunun məhsul təchiz edə biləcəyi istiqamətlərdən bir neçəsidir.
STP Şirkətlər qrupu təklif etdiyi məhsul və xidmətlərin yaratdığı imkanlarla tanış olmaq və bu imkanlardan yarlanmaq üçün maraqlı tərəfləri ReBuild Karabakh sərgisindəki stendinə dəvət edir. Şirkətin əməkdaşları hər birinizi yüksək səviyyədə qarşılayıb fikir və təkliflərinizi dinləməyə hazırdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
11 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 11 saat əvvəl
-
12 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
12 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
13 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
13 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir













.jpg)








