SOCAR Mübariz Mənsimovun əmlakına həbs qoydurub - AÇIQLAMA
Beynəlxalq Arbitraj Məhkəmələrindən sonra Azərbaycan və Türkiyə məhkəmələri də SOCAR-ın lehinə qərar çıxarıb.Beynəlxalq Arbitraj Məhkəmələri tərəfindən müxtəlif kommersiya müqavilələri üzrə götürülmüş öhdəlikləri yerinə yetirmədiyinə görə, “Palmali” şirkətlər qrupu və qrupun rəhbəri Mübariz Mənsimovla əlaqədar SOCAR-ın lehinə çıxarılmış qərarların tanınması və icrası məqsədi ilə SOCAR Azərbaycan, Türkiyə və Malta məhkəmələrinə müraciət edib.
SOCAR-ın yaydığı açıqlamada bildirilir ki, Şirkət, eyni zamanda adı çəkilən ölkələrin məhkəmə və səlahiyyətlı orqanlarına Beynəlxalq Arbitraj Məhkəmələrin qərarlarının icrasını təmin etmək məqsədi ilə “Palmali” şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimova məxsus əmlaka həbs qoyulması barədə iddia ərizəsi ilə müraciət edib. Artıq Türkiyə birinci instansiya məhkəməsi SOCAR-ın əmlaka həbs qoyulması barədə iddiasını təmin etmək haqqında qərar çıxarmış, lakin cavabdeh tərəfin vəkilləri bu qərara etiraz etmişlər.
Appelasiya şikayətinə baxan İstanbul Regional Ədalət Məhkəməsi “Palmali” şirkətlər qrupunu təmsil edən vəkillərin iddialarını əsassız hesab etmiş və 7 oktyabr 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin cavabdehlərin əmlakına həbs qoyulması ilə bağlı qərarını qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsinin qərarı qətidir. Azərbaycanda və Maltada isə cavabdehlərin aktivləri üzərinə həbs qoyulması haqqında SOCAR-ın iddiaları daha əvvəl təmin edilmişdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi 8 sentyabr 2021-ci il tarixli qərarı ilə artıq beynəlxalq arbitraj məhkəmələrinin qərarını tanıyıb. Türkiyə və Malta məhkəmələrində hazırda arbitraj məhkəmələrinin qərarlarının tanınması məsələsəinə baxılır.
MƏNSİMOV SOCAR-A 240 MİLYON DOLLARDAN ARTIQ ÖDƏMƏLİDİR
Məlumatda xatırladılıb ki, “Palmali” şirkətlər qrupu müxtəlif kommersiya müqavilələri üzrə götürdüyü öhdəlikləri pozduğuna görə SOCAR, SOCAR Trading SA, SOCAR Overseas Ltd. və Azerbaijan (ACG) Limited şirkətləri tərəfindən 2018-ci ildə həmin şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimovla bağlı üç müstəqil arbitraj məhkəməsinə - London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Birliyi və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCİTRAL) arbitraj qaydalarına uyğun fəaliyyət göstərən məhkəməyə - müraciət olunmuşdur. Nəticədə, 2020-2021-ci illərdə hər üç müstəqil arbitraj məhkəməsində SOCAR-ın xeyrinə qərarlar verilmişdir. Arbitraj məhkəmələrində “Palmali” şirkətlər qrupunun və qrupun rəhbəri Mübariz Mənsimovun SOCAR-a 240 milyon ABŞ dollarından artıq pul təzminatı ödəməsinə qərarlar çıxarılmış, eyni zamanda cavabdeh tərəfin əks iddiaları rədd edilmişdir. Göstərilən məbləğin “Palmali” tərəfindən tam ödənilməsinə qədər həmin məbləğə faizlər hesablanması da davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
1 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar


























