Bu rayon pomidorun təxminən 70 faizini Rusiyaya ixrac edir
Göyçayın kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik təşkil edir. Hazırda rayonun kəndli fermerləri və fərdi təsərrüfat sahibləri tarla işləri ilə məşğuldur. Erkən yaz aylarında havanın bir müddət yağmurlu və şaxtalı keçməsi əkin sahələri üçün çox xeyirli olub ki, bu da hazırda bol məhsulun əldə olunmasına səbəb olub.
Bu sözləri Göyçay rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Elçin İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda Göyçayın 30-dan artıq kəndində vətəndaşlar öz fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar. Bu iş rayonun Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır, Bəydövül, Yalman kəndlərində geniş yayılıb. Bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada istixanalar olmasın. Bu kəndlərdə faraş tərəvəz əkininə daha erkən, yəni dekabr ayında başlanılır. Əvvəlcə kiçik istixanalarda pomidor toxumlarının səpini aparılır və aqrotexniki qulluq göstərilərək yetişdirilən pomidor şitilləri fevral-mart aylarında böyük istixanalarda torpağa köçürülür. Hazırda kəndlərdə pomidor və xiyar şitillərinə qulluq edilməsi, eləcə də yetişən məhsulun toplanılaraq müştərilərə satılması istiqamətində işlərin qızğın çağıdır. Rayonun kəndlərində əhalinin, demək olar ki, 90 faizi istixanalarda pomidor və xiyar yetişdirir. Hər bir həyətyanı sahədə orta hesabla 2-3 və daha çox istixana mövcuddur. Kəndlilər bitkilərin tələf olmaması və tez məhsul verməsi üçün aqrotexniki qulluğun səviyyəsini artırır, ziyanvericilərə qarşı düzgün mübarizə aparır.
Kənd əməkçiləri məhsulu alıcılara elə öz həyətlərində satırlar. Pomidorun bir kiloqramı 1.5 manata, xiyarın bir kiloqramı isə 0.5 manata satılır. Rayonda istehsal olunan pomidorun təxminən 70 faizi Rusiyaya ixrac edilir. İş adamları kəndlərə gedərək həyətlərdə məhsulu vətəndaşlardan münasib qiymətə alaraq orada qablaşdırırlar və yük avtomobiləri ilə Rusiya bazarlarına aparırlar.
Qeyd edək ki, rayonda faraş tərəvəzçiliklə məşğul olanlar ildə 2 dəfə məhsul götürə bilirlər. Ümumiyyətlə, Göyçayda istehsal olunan tərəvəz məhsullarının yarıdan çoxunu faraş tərəvəz təşkil edir. Cari ildə rayonda 250 hektar sahədə pomidor və xiyar yetişdirilib. Ötən il 230 hektar tərəvəz sahəsindən 5800 ton məhsul toplanılıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)




.jpg)






