Daxili dövlət borclanması 2 dəfəyə yaxın artıb
2021-ci ilin 9 ayı (yanvar-sentyabr) ərzində Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 326 milyon 489 min 176 manat cəlb edib. Bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunda 1,3 milyard manat nəzərdə tutulan 2021-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddindən çoxdur.
Marja Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə cəlb edilən vəsaitin məbləği 1,9 dəfə və ya 615 milyon 98 min 950 manat artıb. 2020-ci ilin yanvar-sentyabr dövründə 711 milyon 390 min 226 manatlıq dövlət istiqrazları yerləşdirilmişdi.
Dövlət istiqrazları ilə təkrar bazarın həcmi isə ötən ilin 9 ayında 383 milyon 203 min manat ikən, bu ilin 9 ayında 745 milyon 1567 min manat təşkil edib.
"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunda 2021-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard 200 milyon manat təsdiq edilib, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 1 milyard manat məbləğində təsdiq edilib.
"Dövlət borcu haqqında" Azərbaycan Respublikası qanununun 6.3-cü maddəsinə görə, yeni dövlət borcalması dövlət borcunun əsas məbləğinin qaytarılmasına yönəldildikdə, bu borcalma dövlət borcunun yuxarı həddinə (limitinə) daxil edilmir. 2021-ci ildə yeni borclardan əsas məbləğinin qaytarılmasına 800 milyon manat yönəldilməsi nəzərdə tutulduğundan (artıq 500 milyon manat qaytarılıb) dövlət borcalması üzrə yuxarı hədd "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunda göstərilən məbləğdən daha yüksəkdir.
2021-ci ildə dövlətin daxili və xarici borclarına xidmətlərlə bağlı xərcləri - daxili dövlət borcu üzrə 167 milyon 87 min manat (o cümlədən 160 milyon 76 min manatı faiz ödənişləri), xarici dövlət borcu üzrə 2 milyard 31 milyon 668 min manat (o cümlədən 466 milyon 269 min 539 manatı faiz ödənişləri) nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 18 d. əvvəl
- 30 d. əvvəl
- 36 d. əvvəl
-
39 d. əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 46 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb


















.jpg)






