Bu kartın sahibləri 8 ayda 3 milyon manatdan çox keşbek qazanıb!
(®) Rabitəbankın eksklüziv üstünlüklərə malik keşbek kartı Kartmane sahiblərini sevindirməyə davam edir.
Cari ilin avqust ayında Kartmane ilə nağdsız ödənişlər sayəsində müştərilərin qazandığı keşbek 3 milyon manatı keçərək 3,7 milyon manat təşkil edib.
Bu keşbek məbləğlərinin böyük əksəriyyəti Yanacaqdoldurma Məntəqələrindən (1,5 milyon manatdan çox), market və restoranlardan 100 min manatdan çox, digər xərclərdən isə 1 milyon 537 min manatdan çox məbləğdə keşbek qaytarılıb. Tərəfdaşlardan geri qaytarılmış keşbek məbləği isə 81 min manatı keçib.
Rabitəbankın 90 mindən çox müştərisi Kartmane vasitəsilə alış-verişlərindən yerindəcə keşbek bonusları əldə edirlər. Ümumiyyətlə özündə çox sayda üstünlükləri toplayan təkrarsız Kartmane ilə müştərilərimiz dünyanın istənilən YDM-lərindən 10%, bütün kafe və restoranlardan 5%, hər alış-verişlərdən isə 2% keşbek əldə edə biləcəklər. Yenicə müştərilərin istifadəsinə verilmiş Azercell keşbek növü vasitəsilə xərclərinizdən qazanılan keşbek ballarını Azercell-dən danışıq dəqiqələri və ya internet paketinə dəyişmək mümkündür.
700-dən çox tərəfdaş şəbəkəsindən isə Kartmane 40%-dək keşbek təklif edir. Rabitəbankın mobil tətbiqi Rabita Mobile isə Kartmane sahiblərinin işini bir az daha rahatlaşdırır. Qazanılmış keşbek bonuslarını rahatlıqla izləmək və tətbiqdəki istənilən Rabitəbank kart balansına köçürmək mümkündür.
Kartmanenin “Telegram” kanalında Bankın tərəfdaşlıq etdiyi tərəfdaş şəbəkəsinin özünəməxsus və Kartmaneyə özəl kampaniyaları barədə operativ bildirişlər almaq mümkündür. Kartmane ilə məbləği nağdlaşdırmaq da sərfəlidir - ölkədaxili istənilən bank ATM-dən ayda 5 dəfə nağdlaşdırmaq tamamilə komissiyasızdır.
Siz də Kartmane sifariş edərək harada olmağınızdan asılı olmayaraq üstünlüklərlə yaşayın. Onlayn sifariş zamanı Bakı və Abşeron yarımadası ərazilərinə kartın çatdırılması ödənişsizdir. Sifariş etmək üçün heç yerə getmədən və heç hara zəng etmədən, sadəcə Rabita Mobile tətbiqi, RabitaBot çatbotu və ya Bankın rəsmi veb-sayta keçid edə bilərsiniz - http://rbt.az/kartmane
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























