Alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif oludu
Spirtli içki istehsalçıları ilə görüş keçirilib. Qeyd edilib ki, başlıca çətinliklərdən biri kustar üsulla keyfiyyətsiz məhsul istehsal edən şəxslərin haqsız rəqabət aparmasıdırİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və bununla əlaqədar təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Marja xəbər verir ki, növbəti belə görüş araq, şərab və pivə məhsullarının istehsalçısı olan iri vergi ödəyicilərinin, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Onlayn formatda təşkil olunan görüşdə həmin sahədə mövcud vəziyyət, istehsal prosesi və ixracla bağlı çətinliklər dinlənilib, aksiz markalarının tətbiqinin təkmilləşdirilməsi, aksiz vergisinin hesablanması və ödənilməsi, vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi və pul vəsaitlərinin nağdlaşdırılması ilə əlaqədar müzakirələr aparılıb.
Qeyd edilib ki, başlıca çətinliklərdən biri kustar üsulla keyfiyyətsiz məhsul istehsal edən şəxslərin haqsız rəqabət aparmasıdır. Çətinliyin həlli kimi isə alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub.
Görüş iştirakçılarına vergi qanunvericiliyi ilə əlaqədar müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 29 d. əvvəl
-
- 35 d. əvvəl
- 44 d. əvvəl
-
55 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 59 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)




.jpg)









.jpg)


