Mərkəzi Bankdan bankomatlardan yararsız pulların çıxarılması ilə bağlı məlumata reaksiya
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir ki, tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən “Tədavüldə təmiz pul siyasəti” həyata keçirilir.
Qeyd edilib ki, bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və ya Mərkəzi Bankın müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur.
"Bununla belə, son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Azərbaycan Beynəlxaq Bankı” ASC-yə məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılmışdır.
Bildiririk ki, bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti kommersiya bankları daşıyır.
Bununla əlaqədar, bütün kommersiya banklarına, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilmişdir",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















