“AZBADAM” ağıllı idarəetmə sistemlərinin tətbiqinə başlayıb - FOTOLAR
Şirkət bu sistemlər vasitəsilə bağlarında badam yetişdirilməsi üçün zəruri olan məlumatların təhlilini apara bilirBitki yetişdirilməsi dövründə nəzarətin həyata keçirilməsi və yetişmə mərhələləri zamanı müvafiq tədbirlərin görülməsi kənd təsərrüfatında səmərəli idarəetmənin ən vacib aspektlərindən biri hesab edilir.
Kənd təsərrüfatı haqlı olaraq ən çox resurs və əmək tələb edən sahələrdən biri hesab olunur. Düzgün nəzarət tədbirlərinin görülməsi və təhlilin aparılması məhsuldarlığa böyük ölçüdə təsir etməklə yanaşı həm vaxt, vəsait, resurs və işçi qüvvəsi baxımından optimal həllə gətirib çıxarır.
“AZMADE Group” MMC şirkətlər qrupuna daxil olan və kənd təsərrüfatında optimallaşdırmanı təşviq edən innovativ texnologiyaların tətbiqini əsas məqsədlərindən biri kimi hədəf seçən “AZBADAM” MMC Abşeron yarımadasında ilk dəfə olaraq “bitki yetişdirilməsinə nəzarət edən” ağıllı sistemlərin komplekt şəkildə tətbiqini həyata keçirməyə başlayıb.
Bu sistemlər vasitəsilə şirkətin bağlarında badam yetişdirilməsi üçün zəruri olan – suvarma, torpağın müxtəlif qatlarında nəmişlik, temperatur, elektrik keçiriciliyi, bitkinin aktiv kök zonasının cari durumu, zərərvericilər və xəstəliklərlə bağlı dinamika və o cümlədən, quraşdırılmış hava stansiyası vasitəsilə buxarlanma dərəcəsi, küləyin gücü, sürəti, istiqaməti, şeh dərəcəsi, yağıntıların miqdarı və digər məlumatların təhlili aparıla bilir. Aparılan təhlillər əsasında suvarma və gübrələmə proqramları tərtib edilir, zərərvericilərin inkişafı və yayılması üçün münbit hesab edilən təbii şərait barədə xüsusi təchiz edilmiş idarəetmə platforması vasitəsilə aqronomlarımız məlumatlandırılaraq vaxtında önləyici addımlar ata bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 30 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib












.jpg)





