Triatlon yarışında Azərbaycan idmançıları inanılmaz nəticələr göstərdilər
Suda 3,8 km üzdülər, 180 km velosiped sürdülər, 42 km qaçdılar! 8 Azərbaycan idmançısı "Dəmir Adam" adına layiq görülüb.(®️) 7-8 avqust tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində Ironman seriyasından olan tam və yarım məsafə triatlon yarışlarının növbəti mərhələsi baş tutmuşdur. Yarışda Azərbaycanı Triterra və Alfa klublarından olan 14 idmançı təmsil etmişdir.
Həm peşəkar, həm də həvəskar idmançıların iştirak etdiyi bu yarışda Kamil Əliyev, Səbuhi Səfərov, Serqan Abasov, Vüqar Salahov və Fariz Məmmədov ilk dəfə, Aleksandr Mordasov, Aydın Kərimov və Firdovsi Kərimov isə növbəti dəfə tam məsafəni uğurla başa vuraraq Ironman (Dəmir Adam) adına layiq görülmüşlər. Belə ki, tam məsafə üzrə iştirakçılar 3 mərhələ keçməli – açıq suda 3,8 km üzməli, velosipedlə 180 km məsafə qət etməli və 42 km qaçmalıdırlar.
Yarım məsafə üzrə isə Fəxri Əkbərov, Azər Mirtəqavi, Togrul Məmmədov, Tamerlan Ələkbərov, Teymur Fərəcov ilk dəfə, Aleks Parxomovski isə növbəti dəfə yarışı uğurla başa vurmuşlar. Burada isə iştirakçılar, müvafiq olaraq, tam məsafə yarışındakı hər bir mərhələ üzrə yarım məsafəni başa çatdırmalıdırlar.
Yarışdakı yüksək nəticələrinə görə Aleksandr Mordasov Konada (Havay adası) keçiriləcək tam məsafə Ironman Dünya Çempionatına, Toğrul Məmmədov isə Yeni Zelandiyada keçiriləcək yarım məsafə Ironman Dünya Çempionatına vəsiqə qazanmışlar.
Triterra Bakı Triatlon Klubu haqqında
Triterra Bakı Triatlon Klubu 2017-ci ildə Azərbaycanda Ironman adına layiq görülmüş ikinci şəxs olan Rüfət Həsənov tərəfindən təsis edilmişdir. Klubun yaradılmasında məqsəd Azərbaycanda triatlon idman növünün inkişafı və yeni Dəmir Adamların yetişdirilməsidir. Triatlon idman növü böyük hədəfləri olan uğurlu insanları bir araya yığan, eləcə də, ciddi hazırlıq, motivasiya, yüksək enerji aşılayan bir dəyərdir.
2018-ci ildən etibarən PMD Group şirkəti öz əməkdaşları və cəmiyyət arasında sağlam həyat tərzi və idmanı təbliğ etmək üçün Triterra Bakı Triatlon Klubunun fəaliyyətini hərtərəfli dəstəkləyir və təsadüfi deyil ki, Tallində keçirilən yarışda iştirak etmiş Kamil Əliyev və Fəxri Əkbərov məhz PMD Group-un əməkdaşlarıdır.
Həmçinin, qadınlar arasında da triatlon yarışına marağı artırmaq üçün 2021-ci ildə Pasha Bank və Triterra Bakı Triatlon Klubu yeni layihəyə start vermiş və Azərbaycanda ilk Ironwoman adına layiq görüləcək xanıma yüksək mükafat təyin edilmişdir.
İnternet səhifəsi: triterra.az
Facebook: www.facebook.com/bakutriathlonclub
İnstagram: www.instagram.com/triterra.az
Youtube: https://www.youtube.com/channel/UCGW4weBYd1yUY7FCS0BUG9g
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 23 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
-
2 saat əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 15 saat əvvəl
-
15 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
15 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Rəsmi məzənnələr açıqlandı
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
Mərkəzi Bank 2026-cı ildə 8 dəfə faiz qərarı açıqlayacaq
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Ən çox oxunanlar
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib



















