China Telecom, Şanxay birjasına çıxmaqla 7,3 milyard dollar cəlb etmək niyyətindədir
Çinin ən böyük rabitə operatorlarından biri - China Telecom, Şanxay Birjasında qiymətli kağızların yerləşdirilməsilə təxminən 47,1 milyard yuan (təxminən 7,3 milyard dollar) cəlb etmək niyyətindədir.
Marja xəbər verir ki, cümə günü yayımlanan bir açıqlamada, şirkət bir səhmi üçün 4.53 yuan olan qiymətini açıqlayıb.
China Telecom 10,4 milyard A səhm yerləşdirməyi planlaşdırır. Səhmlərin onlayn və oflayn alınması üçün müraciətlərin qəbulu avqustun 9 -da başlayacaq. Daha əvvəl şirkət, listinq zamanı 54 milyard yuan (8.4 milyard dollar) toplamağı planlaşdırdığını bildirmişdi.
Bu ilin yanvar ayında Nyu York Birjası, Vaşinqtonun "qara siyahı"sına görə, Çinin hərbi sənayesi ilə əlaqəli olan üç Çin telekommunikasiya şirkətini listinqdən çıxarıldığını elan edib. Bunların arasında China Telecom Hong Kong da var idi.
2020-ci ildə China Telecom-un gəlirləri 2019-cu illə müqayisədə 4,7% artaraq 393,6 milyard yuan (təxminən 61 milyard dollar) təşkil edib. Şirkətin xalis mənfəəti illik olaraq 1,6% artaraq 20,85 milyard yuan (təxminən 3,2 milyard dollar) olub.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
25 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 42 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























