Azərbaycanda islam bankçılığının tanıdılması üçün memorandum imzalanıb
İslam İnkişaf Bankı (IDB) qrupunun üzvü olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, Islamic Corporation for Development of the Private Sector) və “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.
Xarici KİV-ələr xəbər verir ki, anlaşma memorandumu islam bankçılıq məhsullarının Azərbaycanda tanıdılması və Azərbaycanın bankçılıqla bağlı qanunvericiliyində islam bankçlığının yer alması üçün danışıqları nəzərdə tutur.
Bu memorandumun imzalanması ilə hər iki təşkilat səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə informasiya və təcrübə mübadiləsini asanlaşdırmaq üçün əməkdaşlıq edəcək. Əməkdaşlığa birgə investisiya forumları, bazar araşdırmaları, peşəkar proqramlar, seminarlar, nəşrlər, təhsil turlarının təşkili də daxildir.
"Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin sədri Elşən Rəhimov bildirib ki, Azərbaycan və ərəb ölkələri arasında son illərdəki yüksək səviyyəli iqtisadi və siyasi əlaqələr, biznes əlaqələrinin genişləndirilməsi, ərəb ölkələrindən Azərbaycana gələnlərin sayının artması əlaqələrin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradır: “Biz İslam İnkişaf Bankını ərəb regionunda strateji tərəfdaş hesab edirik və bu memorandumun imzalanması ilə əlaqələrimizi möhkəmləndirdik. Bu, həmçinin yaxın aylar üçün strategiyamızı müəyyənləşdirməyə kömək edəcək".
Onun sözlərinə görə, hər iki qurum bu ilin oktyabr ayında Bakıda ərəb ölkələrindən olan investorlar üçün ilk investisiya forumu keçirməyi planlaşdırır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 d. əvvəl
- 18 d. əvvəl
- 19 d. əvvəl
- 52 d. əvvəl
- 53 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI






















