Qurbanlıq qoyunlar onlayn satılacaq
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, “Kənddən Şəhərə” Qurban bayramı yarmarkasının təşkilində əsas məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, onlayn xidmətlərdən istifadəni təşviq etmək və karantin rejimi ilə əlaqədar əhalinin sıx toplaşmasının qarşısını almaqdır.
Yarmarka Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun şəkildə keçiriləcək. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün www.qurbanliq.kendden.az satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.
Qurbanlıqların onlayn sifarişi dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almağa və onların sağlamlıqlarının qorunmasına xidmət edəcək. Qurbanlıqların kəsimi islami qaydalara uyğun şəkildə yalnız Qida Təhlükəsizliyi Agentliyində rəsmi qeydiyyatdan keçən kəsimxanalarda həyata keçiriləcək. Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalar ən yüksək səviyyədə qorunacaq, xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət göstərəcək. Satış məntəqələrində vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına isə xüsusi nəzarət ediləcəkdir.
Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq 16 iyul 00:00-dan 19 iyul 00:00-dək şəxsi məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunur. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyəcəklər. Qurbanlıqlar yalnız kəsilmiş formada vətəndaşlara təqdim olunacaq.
Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna sifarişin təsdiq edilməsi barədə SMS-bildiriş göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri tarix və saatda müvafiq ünvana yaxınlaşaraq mobil telefonlarına göndərilmiş təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdikləri qurbanlığı kəsilmiş formada əldə edə biləcəklər.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:
1. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 (“Kənddən Şəhərə” yarmarkası)
2. Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (“Kənddən Şəhərə” yarmarkası)
3. Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədihilal Kazımov 17
4. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi (“Kənddən Şəhərə” yarmarkası)
5. Binəqədi rayonu, Əcəmi Naxçıvani 52
6. Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A (“Kənddən Şəhərə” yarmarkası)
7. Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı)
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 10 d. əvvəl
-
- 20 d. əvvəl
-
40 d. əvvəl
AFB Bank-dan peşə sahiblərinə yeni imkan – 50 000 AZN-dək “Peşə Krediti” ilə biznesinizi böyüdün!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Utilizasiya fəaliyyətilə məşğul olan şirkət zərərdən mənfəətə keçib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
12 saat əvvəl
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan holdinqinə daxil olan şirkətin adı dəyişib
Şirkətin kapitalı 21 milyon manatdan çox azaldılıb
Azərbaycan neftinin son qiyməti
Neft qiymətləri daha da artıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Yaponiya Mərkəzi Bankı faizi dəyişdirmədi
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
"2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir"
Azercell 268 yeni baza stansiyası istifadəyə verib
Qəbələdə alkoqollu və alkoqolsuz içkilər zavodu tikilir - Nazir işlərin mövcud vəziyyəti ilə tanış olub
Hökumətdən Aİ-92 benzini və dizel yanacağı ilə bağlı qərar
Çexiya Azərbaycana yeni “L-39NG” təyyarəsini təklif edir
"ŞKODA" şirkəti Bakı metrosuna qatar satmaq istəyir







.jpg)









.jpg)




