Britaniya şirkəti bu il Azərbaycanda hasil etdiyi qiymətli metalların həcmini açıqladı
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin yarım ilində 32 171 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.
Şirkətin açıqladığı hesabata əsasən, bu, 2020-ci ilin ilk yarım ilinə nisbətən 1,01 % azdır. 2020-ci ilin ilk yarım ilində bu həcmlər 32 501 unsiya qızıl ekvivalenti olub.
Bu ilin yanvar-iyun ayları ərzində şirkət tərəfindən 24 249 unsiya qızıl hasil edilib. Bu, 2020-ci ilin ilk yarım ilinin göstəriciləri ilə müqayisədə 12,44 % azdır. 2020-ci ilin ilk yarım ilində şirkət tərəfindən 27 696 unsiya qızıl istehsal edilib.
Bu ilin ilk yarım ili ərzində Britaniya şirkəti 1 333 ton mis istehsal edib. Bu, 2020-ci ilin ilk yarım ilinin göstəriciləri ilə müqayisədə 10,44 % çoxdur. 2020-ci ilin ilk 6 ayında şirkət tərəfindən ölkədə 1 207 ton mis istehsal edilib.
Bu ilin ilk yarım ilində “Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 78 931 unsiya təşkil edib. Bu isə 2020-ci ilin birinci yarım illiyi ilə müqayisədə 34,7 % çoxdur. 2020-ci ildə şirkət tərəfindən Azərbaycanda 58 603 unsiya gümüş istehsal edilib.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















