Avropa Birliyi Fiat-a görə İtaliyaya hüquq pozuntusu prosesi başladıb
Avropa Birliyi Komissiyası İtaliyaya qarşı, avtomobil istehsalçısı Fiat Chrysler-də (FCA) emissiya nəzarət öhdəliklərini yerinə yetirmədiyi üçün AB hüquqi qayda pozuntusu prosesi başladıb.
"Marja" xəbər verir ki, Avropa Birliyi (AB) qanunvericiliyinə görə, üzv ölkələr istehsal olunan vasitələrin AB standartlarına uyğunluğunu yoxlamaq öhdəliyi götürüblər.
Standartlara uyğun davranmamaqda günahlandıran İtaliyaya qarşı hüquqi pozuntu prosesinin ilk mərhələsi olaraq rəsmi xəbərdarlıq məktubu göndərilib.
Açıqlamada, bir avtomobil istehsalçısının hüquqi şərtləri yerinə yetirməməsi halında, ölkə rəsmilərinin cəzalar tətbiq etmək səlahiyyəti olduğu xatırladılıb.
AB tələbləri, emissiyanın aşağı salınmasında proqramlardan və ya cihazlardan istifadə edilməsini qadağan edir.
AB-nin hüquqi pozuntu prosesində ilk mərhələ kimi ölkələrə xəbərdarlıq məktubu göndərilir və əlaqədar ölkələrin iki ay içərisində AB Komissiyası ittihamlarına cavab verməsi lazımdır. AB Komissiyası ölkələrin verdiyi cavablardan qane olmasa, məsələ AB Ədalət Divanına çıxarıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 4 d. əvvəl
-
- 6 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti






























