“Western Union”la beynəlxalq pul köçürmələri indi UBank mobil tətbiqində
(®️) Unibank müştəriləri artıq Western Union beynəlxalq pulköçürmə sistemindən istifadə edərək, 200-dən çox ölkəyə mobil telefonlarından pul köçürməsi edə bilərlər. “Unibank”ın mobil tətbiqi UBank-a qoşularaq cəmi bir neçə kliklə Western Union-la saniyələr ərzində dünyanın dörd bir yanına 7/24 pul köçürməsi etmək və qəbul etmək mümkündür.
UBank -da Western Union-dan istifadə etmək üçün müştərinin “Unibank”da hesabı olmalıdır. Mobil telefon vasitəsilə köçürmə həyata keçirən zaman istifadəçi Western Union bölməsində göstərilən ad, soyad, ölkə və məbləğ kimi məlumatları daxil edir.
Pul köçürmələrinə görə tarif dərəcəsi təyinat ölkəsindən və məbləğdən asılı olaraq, köçürülən məbləğin 0,9% -dən başlayır. 14 sentyabr 2021-ci il tarixədək müştərilər Western Union pul köçürmələrində 30% endirim əldə etmək üçün UBANK30 promokodundan da istifadə edə bilərlər.
Xidmət həmçinin köçürmə edənlərə pul ödənilənə qədər əməliyyatı redaktə etməyə və ya geri qaytarmağa imkan verir. Tranzaksiyanın statusunu tətbiqdə davamlı izləmək mümkündür.
Azərbaycanda ən çox istifadə olunan mobil bank tətbiqindən olan UBank istifadəçilərinin sayı artıq 1 milyonu keçib. Mobil tətbiq müştərinin banka getmədən əksər bank məhsulları və xidmətlərindən 7/24 istifadə etməsinə imkan yaradır. Unibank müştərisi olmayanlar da asanlıqla bu mobil tətbiqdən istifadə edə bilər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 9 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq






















