Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “İncəsənət Vasitəsilə Ünsiyyət” layihəsini bu il də davam etdirir. Bu il layihə müddətində 114-dən çox uşaq dərnəklərdə yeni bacarıqlar qazanacaq, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdiməklə həm özləri sevinəcək, həm də izləyənlərini sevindirəcəklər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında xoş və yaddaqalan dəyişikliklər yaradan bu layihə çərçivəsində ”UAFA”nın Gəncə, Xaçmaz, Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində indiyədək yüzlərlə uşaq yeni bacarıqlara yiyələnib, bir çox respublika və beynəlxalq səviyyəli yarışlarda qalib olublar.
Hər dəfə övladlarının dərnəklərdə qazandığı bacarıq və nailiyyətləri görən valideyinlərin isə sevinci həddsizdir. “Mən övladımın yeni nailiyyətlərinin, həyatının müsbətə doğru dəyişdiyinin şahidi olduqca çox sevinirəm. Artıq o cəmiyyətin fəal üzvünə çevrilib”, bu sözləri valideyinlərdən biri rəqs dərnəyindən bəhrələnən övladı haqda söyləyir.
“Sosial məsuliyyətli mobil operator olaraq uşaqlara dəstək olmağımıza imkan yaratdıqları üçün ilk növbədə onların valideynlərinə təşəkkürümüzü bildirir, onların etibarını doğrultmaq üçün daim əlimizdən gələni etməyi özümüzə borc bilirik. UAFA-nın təşkilatçılığı ilə dəstəklədiyimiz bu layihə sayəsində uşaqlar üçün əlavə imkanlar yaradılır və onlar gələcəyə doğru daha inamla irəliləyir, özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edirlər. Ümidvarıq ki, layihə ötən illərdə olduğu kimi bu il də çox uğurlu olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
UAFA təşkilatının direktoru Qven Börçell Bakcell–UAFA əməkdaşlığı nəticəsində bu uşaqların dayanıqlı xidmətlərlə təmin olunduqlarını və artıq öz uğurları ilə milli səviyyədə diqqət qazandıqlarını bildirir: ”Məqsədimiz əlilliyi olan gənc insanların aktivliyini təmin etmək, onlar üçün bərabər hüquq və imkanlar yaradılmasına dəstək verməkdir. Birgə layihəmiz cəmiyyətə xüsusi qayğıya ehtiyacı olan uşaqları daha yaxından tanıma və onları anlama imkanı yaradır”.
Qeyd edək ki, Mərkəzlərdə təklif olunan dərnəklər hər dəfə uşaqların istək və maraqları əsasında seçilir. Bura dram, rəqs, rəsm, yaradıcılıq dərnəkləri daxildir. Əlamətdar günlərdə, müxtəlif tədbirlərdə çıxış etmək üçün hətta dövlət qurumlarından dəvət alan xüsusi qayğıya ehtiyacı olan dərnək üzvləri öz bacarıqlarını həvəslə göstərir və həmişə alqışlarla qarşılanırlar. Bu dərnəklər əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı cəmiyyətdə əlilliyə münasibəti də dəyişir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
5 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


























