Dollar indeksi bir ayın maksimumu ətrafında
Amerika Mərkəzi Bankının (FED) açıqlanacaq yeni faiz qərarı və mətbuat konfransında veriləcək önəmli açıqlamalar öncəsi dollar indeksi bir ayın maksimumu ətrafında dalğalanmaqdadır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30 və 17:15-də müvafiq olaraq Amerikanın ticarət və sənaye dövriyyəsi ilə bağlı açıqlanacaq fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. Burada müsbət rəqəmlərin dərci, FED üzrə proqnozlara da müsbət təsir edə, dollar indeksin yüksəlməsinə səbəb ola bilər.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələri də ucuzlaşmaqdadır. Lakin USD/TRY və USD/RUB məzənnələri də ucuzlaşır. Rusiya Mərkəzi Bankının faiz artımı qərarları və Türkiyə ilə qərb arasında münasibətlərə dair risklərin azalması, rubl və lirəyə müsbət təsir edir.
FED-in mümkün qərarına dair ehtimallar əlvan metallar bazarlarında qızılın da qiymətinə təsir etməkdədir. Belə ki, 1854$-ın qırılması ilə 1825$-a kimi ucuzlaşmanın da şahidi ola bilərik.
Kriptovalyuta birjalarında isə bitkoin bahalaşmağa başlayıb. Bazara inamın və tələbin artması, BTCUSD qiymətinin 31000$-ın üzərində dəstək görərək, 41000$-a kimi dəyər qazanmasına səbəb olub. 39500$-ın üzərində qalan qiymət, 45000$-a kimi də bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
9 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir












.jpg)




