Putin: Bayden Trampdan daha çox proqnozlaşdırılan biridir
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Co Bayden(Joe Biden) ilə ilk görüşündən əvvəl verdiyi bir müsahibəsində, Baydenin əvvəlki Prezident Donald Trampdan daha çox proqnozlaşdırıla bilinən biri olduğunu və onunla işləyə biləcəklərini söyləyib.
ABŞ və Rusiya arasındakı münasibətlərin tarixdəki ən aşağı səviyyədə olduğunu vurğulayan Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Co Bayden ilə ilk üz-üzə görüşdən əvvəl Bayden haqqında müsbət mesajlar verib.
Marja xəbər verir ki, "NBC News"a danışan Putin, kiber hücumlar və qarşılıqlı açıqlamalar səbəbindən ABŞ ilə artan gərginliyə baxmayaraq, Baydenlə işləməyin mümkün ola biləcəyini, çünki Baydenin əvvəlki prezident Donald Trampdan daha çox proqnozlaşdırılan olduğunu deyib.
"Bayden fərqli bir insandır, bəzi üstünlükləri və mənfi cəhətləri var, amma ümid edirəm ki, ABŞ Prezidenti adından təxribat xarakterli hərəkətlər olmayacaq",- deyib.
Trampı "fövqəladə və istedadlı bir insan" olaraq xarakterizə edən Putin, eyni zamanda ABŞ prezidenti olmaması lazım olduğunu söyləyib. Tramp Baydenə "karyera adamıdır, bütün yetkin həyatını siyasətdə keçirən biridir" deyib.
İki lider G-7 sammitindən sonra iyunun 16-da İsveçrənin Cenevrə şəhərində görüşəcək. Görüşün kiber hücumlar, Ukrayna və Kremlin müxalifətə münasibəti kimi mövzular səbəbindən gərgin bir atmosferdə keçəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 27 san. əvvəl
-
- 8 d. əvvəl
- 13 d. əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır






.jpg)
.jpg)




.jpg)





