"Azərbaycan sərnişinlərdən arayış və ya COVID-19 pasportu tələb etmir" - AZAL SUALLARA CAVAB VERDİ
Epidemioloji vəziyyətin yaxşılaşması və koronavirusa qarşı fəal peyvəndləmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, Azərbaycan, karantindən azad sərhədlərin açılması, maksimal səviyyədə təhlükəsiz səyahətin təmin olunması, turizm sənayesinin və beynəlxalq aviadaşımaların bərpasına yönəldilmiş qlobal təşəbbüsə mərhələli şəkildə qoşulur.
MArja xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin açıqlamasında bildirilir.
Aviaşirkət u baxımdan, sərnişinlərə ümumi məlumatı və tez-tez verilən sualların cavablarını təqdim edib.
1. Azərbaycan ərazisinə hava nəqliyyatı ilə hansı şəxslər və hansı şərtlərlə daxil ola bilər?
- Epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Azərbaycan 2020-ci ilin mart ayından Rusiya və Türkiyə vətəndaşlarının hava yolu ilə girişinə tətbiq edilən məhdudiyyətləri 10 iyun 2021-ci il tarixdən ləğv edib. Əvvəllər ölkə ərazisinə giriş yalnız Azərbaycan vətəndaşları, onların birbaşa qohumları Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər üçün mümkün idi. Yeni qaydalara əsasən, yuxarıda qeyd olunan ölkələrin vətəndaşları hava yolu ilə Azərbaycana daxil ola bilərlər, bu zaman yaşı 18-dən yuxarı olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsini təsdiq edən arayışı, həmçinin tam peyvəndləmə və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi (sertifikat) təqdim etməlidirlər. Sertifikatda onun həqiqiliyini təsdiq edən elektron təsdiqləmə atributları (məsələn, QR-kod) olmalıdır. Testin nəticəsində belə atributların olması məcburi deyil, lakin rəsmi prosedurlardan keçidin sürətləndirilməsi üçün arzuediləndir.
Sənədlər yola düşmə hava limanında qeydiyyat zamanı yoxlanılacaq. 1 yaşdan 18 yaşadək şəxslərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən arayışı təqdim etməsi kifayətdir. 1 yaşdan aşağı olan uşaqlar üçün isə belə sənədlər tələb olunmur.
2. Azərbaycan vətəndaşları ölkə ərazisinə hansı şərtlərlə daxil ola bilərlər?
- Azərbaycan vətəndaşları, onların birbaşa qohumları (valideynlər, qardaş, bacı və ya övladlar), habelə Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər.
3. Azərbaycandan yola düşən vətəndaşlar arayış və ya COVID-19 pasportu təqdim etməlidirlərmi?
- Azərbaycandan yola düşən sərnişinlər yalnız təyinat ölkəsinə daxil olmaq üçün tələb olunan sənəd və arayışları təqdim etməlidirlər. Azərbaycan tərəfi yola düşən sərnişinlərdən arayış və ya COVID-19 pasportu tələb etmir, lakin təyinat ölkəsində bu sənədlər tələb olunduğu halda uçuşdan əvvəl qeydiyyat zamanı həmin sənədlər yoxlanacaq. Müxtəlif ölkələrin tələblərinə dair aktual məlumatla müvafiq diplomatik qurumların rəsmi saytlarında tanış olmaq tövsiyə olunur.
4. Daxili reyslərin sərnişinlərindən COVID-19-a dair PCR testindən keçmək tələb olunurmu?
- Xeyr, daxili reyslərin sərnişinlərindən COVID-19-a dair PCR testindən keçmək tələbi ləğv edilib. Eyni zamanda, daxili reyslərdən istifadə edən və Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn bütün sərnişinlərdən PCR testi götürüləcək.
5. Azərbaycana hava nəqliyyatı ilə gələn sərnişinlərə hansı özünütəcrid tədbirləri şamil olunur?
- Ölkəyə gəldikdən sonra iki həftəlik məcburi özünütəcrid tələbinə riayət olunması ləğv edilir. Lakin ölkəyə gələn insanlar, bununla belə, ictimai və izdihamlı yerlərdə sosial məsafənin qorunmasını və bütün sanitar-epidemioloji qaydalara riayət etməli olduqlarını unutmamalıdırlar.
6. Aviaşirkətiniz tərəfindən yerinə yetirilən reyslərdə əl yükünün daşınması ilə bağlı hansı qaydalar tətbiq edilir?
- Azərbaycanın milli aviadaşıyıcısı AZAL və “Buta Airways” aşağıbüdcəli aviaşirkəti pandemiyadan əvvəl qüvvədə olan əl yükünün daşınması qaydalarını bərpa edir. "Azərbaycan Hava Yolları"nın reyslərində 10 kq-a qədər çəkidə əl yükünün daşınmasına yenidən icazə verilir. “Buta Airways” reyslərində sərnişin, daşınmasına icazə verilən əl yükü əşyalarına əlavə olaraq, ödənişsiz əl yükü qismində istənilən əşya (bel çantası, idman çantası və s.) götürə bilər (ölçülər üç ölçünün cəmi üzrə 75 sm-dən çox olmamalıdır - 30x35x10 sm).
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 16 d. əvvəl
-
- 23 d. əvvəl
-
32 d. əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 49 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
2 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
Azərbaycana gələn turustlərin sayı 10 faizdən çox azalıb
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
İyunun 6-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin























