Planetin ən varlı adamı kosmosa uçur
Bu, Blue Origin-in kosmosa sərnişinlə ilk səyahəti olacaqdır.Dünyanın ən zəngin insanı, hazırda Forbesin milyarderlər siyahısında liderlik edən Amazon şirkətinin rəhbəri Ceff Bezos iyulun 20-də kosmosa uçacağını elan edib.
Marja xəbər verir ki, bir nömrəli milyarder bugünkü açıqlamasında öz şirkəti Blue Origin-in kosmosa göndərəcəyi ilk sərnişinlər sırasında yer alacağını bildirib.
Bu səyahətdə Bezosla birgə onun qardaşı Mark və yerlərdən biri uğrunda keçirilən auksionun qalibi olan şəxs iştirak edəcək. Bezosun kosmosa uçacağını bəyan etməsindən öncə auksion qiyməti 2,8 milyon dollar təşkil edirdi.
“5 yaşımdan bəri kosmosa səyahət etməyi arzulamışam. İyulun 20-də nəhayət ki, qardaşımla bu səyahətə çıxıram. Ən yaxşı dostumla ən böyük macəra!” Ceff Bezos Instagram hesabında paylaşdığı videoda bildirib.
Bezosun hələ 2000-ci ildə qurduğu Blue Origin şirkəti tərəfindən kosmik turizm üçün nəzərdə tutulan və xüsusi kapsulu kosmosun kənarına çatdıracaq daşıyıcı raket New Shepard artıq sərnişinsiz formada 10-dan çox sınaq uçuşunu uğurla tamamlayıb. Eyni anda 6 sərnişinin kosmosa səyahətə göndərilməsi planlaşdırılır. Əvvəlki uçuşlarda kapsul 100 km-dən artıq hündürlüyə qalxa bilib.
Kapsulun iri pəncərələri sərnişinlərə kosmosda bir neçə dəqiqə qalarkən ətrafı rahatlıqla seyr etməyə imkan verir. Daşıyıcı raket kapsulu zəruri hündürlüyə çatdırdıqdan sonra ayrılır və yaxınlıqdakı beton döşəməyə qayıdır. Kapsul isə paraşütlərin köməyi ilə Yerə qayıdır.
Xatırldaq ki, iyulun 20-si ABŞ-ın Apollon-11 kosmik gəmisinin Aya ilk insanı - kosmonavt Nill Armstronqu çatdırmasının 52 ili tamam olur.
Bu gönderiyi Instagram'da gör
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)






.jpg)






