Moody's bu şirkəti 3 milyard avroya satın alır
Beynəlxalq kredit reytinqi agentliyi "Moody's", maliyyə məzmunları və məlumat şirkəti "Bureau van Dijk"i 3 milyard avro qarşılığında satın alınması məsələsində razılığa gəldiyini bildirib.
"Marja" xəbər verir ki, "Moody's"dan edilən açıqlamada, mərkəzi ofisi Hollandiyanın paytaxtı Amsterdamda yerləşən biznes-informasiya təchizatçısı "Bureau van Dijk" adlı şirkətin 3 milyard avro qarşılığında İsveçin özəl kapital şirkəti EQT-dən satın alınması barədə razılığa gəldiyi bildirilib.
"Moody's"un İdarə Heyətinin Sədri Raymond Mcdaniel, sözügedən satınalmanın "Moody's Analytics"in yeni risk həlləri təqdim etməsini, dəyişən bir bazar seqmentinə çatmasını təmin edəcəyini qeyd edib.
Mərkəzi ofisi İsveçin paytaxtı Stokholmda yerləşən EQT şirkəti, "Bureau van Dijk"i 2014-cü ildə "Charterhouse Capital Partners"dən satın almışdı. İngiltərə mətbuatında satışın təqribən 1 milyard avro səviyyəsində olduğu irəli sürülmüşdü.
"Bureau van Dijk", hazırda Amsterdamdakı mərkəzindən dünyanın fərqi nöqtələrində cəmi 220 milyon özəl investisiya şirkətinə maliyyə məzmunları və məlumat xidmətləri təmin edir. 2016-ci ildə “Bureau van Dijk”in mədaxili 281 mln. dollar təşkil edib.Hollandiya şirkəti dünyada ən iri məlumat bazasına malikdir və bazasına 220 mlilyon özəl şirkətlər barədə məlumatlar daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)








