Çin Azərbaycan məhsullarına verilmiş sertifikatları tanıyacaq - Memorandum imzalanıb
Mayın 15-də Pekin şəhərində Azərbaycan və Çin arasında “Texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov və Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının (Nazirliyi) nazir müavini U Çinxay imzalayıb.
Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin üzrə Baş Administrasiyası (AQSIQ) Çin Xalq Respublikasının Dövlət Şurasının birbaşa rəhbərliyi altında olan milli keyfiyyət, metrologiya, əmtəə yoxlanışı, ölkəyə giriş-çıxış zamanı məhsulların sanitar-gigiyenik tələblərinə nəzarət, heyvan və bitki karantini, idxal-ixrac qida təhlükəsizliyi, sertifikasiya və akkreditasiya, standartlaşdırma, o cümlədən inzibati hüquq-mühafizə siyasətlərini yerinə yetirən geniş səlahiyyətli nazirlikdir. Qurumun onun fəaliyyətini təmin edən 19 şöbəsi, qərar qəbul etmə və tətbiqinə texniki dəstək üzrə 15 tabeli qurumu vardır. AQSİQ ümumilikdə Çinin 31 əyalətində bütün ölkə üzə təqribən 300 filial, 200-dən çox yerli ofis və ümumilikdə 30000-dək işçisi olan dəniz, quru və hava limanlarında mal və əmtəələrin çatdırılması mərkəzlərini əhatə edən 35 Giriş-Çıxış Yoxlama və İnspeksiya Bürosu yaratmışdır. AQSİQ keyfiyyətin artırılması məqsədilə dövlət siyasətinin həyata keçirilməsini və tədbirlərin görülməsini təşkil edir və bütün ölkə üzrə keyfiyyətə geniş miqyaslı nəzarəti təmin edir. AQSİQ Dövlət Keyfiyyət Mükafatını (State Quality Award) təşkil edir və Məşhur Brend Adlar (Famous Brand Names) strategiyasının təşviqini, keyfiyyət idaretməsi sahəsində qabaqcıl ekspertiza və elmi metodların gətirilməsini həyata keçirir.
Sənədin imzalanmasından əvvəl SMPDK sədri Ramiz Həsənovla Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının nazir müavini U Çinxay arasında görüş keçirilib. Görüşdə Komitə sədri Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlər, yerli məhsulların satışının xarici bazarlarda genişləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Bu sahədə Çinlə əməkdaşlığın vacib əhəmiyyət daşıdığını qeyd edən Ramiz Həsənov bu niyyətin reallaşması üçün Çin tərəfinin marağını yüksək qiymətləndirib.
Görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Çinə ixracı və bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin qarşılıqlı tanınmasına nail olmaqla bağlı razılıq əldə olunub. Belə ki, qarşılıqlı anlaşmaya əsasən Çin tərəfi Azərbaycanda istehsal olunan məhsullara verilmiş sertifikatları tanıyacaq, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları ilə əməkdaşlığı gücləndirəcək. Bundan başqa Çin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olmaqla bağlı Azərbaycana öz dəstəyini göstərəcək.
Sonra Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında ticarətdə texniki maneələri aradan qaldırmaq və iqtisadi əlaqələri gücləndirmək, həmçinin Azərbaycanın qeyri-neft ixrac potensialının gücləndirilməsi məqsədi daşıyır. Sənədə əsasən SMPDK Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası ilə texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığı inkişaf etdirəcək, Azərbaycan məhsullarının Çin bazarına maneəsiz ixrac edilməsi məqsədilə müvafiq işlər görüləcək. Belə ki, razılaşmaya əsasən Azərbaycanla Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi də daxil olmaqla, Milli Keyfiyyət İnfrastrukturu sahələrində texniki əməkdaşlığın təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi və metrologiya üzrə regional və beynəlxalq orqanlar tərəfindən keçirilən layihələrdə və tədbirlərdə qarşılıqlı əməkdaşlıq, keyfiyyət infrastrukturu sahələrində biliklərin artırılması məqsədi ilə birgə təlim proqramları, nümayəndə heyətləri və mütəxəssislərin mübadiləsi, normativ sənədlərin, milli standartların kataloqlarının, normaların və reqlamentlərin, sertifikatlaşdırma orqanları barədə ümumi məlumatın və nəşrlərin, məcburi sertifikatlaşdırılan məhsulların kataloqlarının, təlim proqramları və mütəxəssislərin ixtisaslarının artırılması ilə bağlı materialların və məlumatların mübadiləsi, sertifikatların qarşılıqlı tanınması üzrə əməkdaşlıq ediləcək.
Məlumat üçün bildirək ki, 13-15 may tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər-bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum keçirilib. Görüşdə SMPDK sədri Ramiz Həsənov Azərbaycan nümayəndə heyəti tərkibində iştirak edib. Tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 saat sonra
-
1 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
4 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Ən çox oxunanlar
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu





















