Bakıdakı iri yaşayış kompleksi təhlükədə - SAKİNLƏR ETİRAZ EDİR
Moskva prospekti, 8 ünvanında yerləşən “Main” yaşayış kompleksinin sakinləri, kompleksin birbaşa qarşısında binanın tikintisinin planlaşdırılmasına etiraz edirlər.
Sakinlərin Marja-ya müraciətində iddia edilib ki, Moskva prospekti, 8 ünvanında yeni binanın inşası qanunsuzdur.
Sakinlərdən Elçin Əmirov bildirib:
“"Main" yaşayış kompleksi “Avtovağzal” ərasizinin yaxınlığında olan sürüşmə zonasına yaxındır, kompleks 12 binadan ibarətdir, binalar 23 mərtəbəlidir.
"Main" yaşayış kompleksinin ərazisi sürüşmə ilə əlaqədər olaraq, suvarma olmasın deyənə asfalt döşəmə ilə döşənib. Baxmayaraq ki, kompleksin ərasizi çox genişdir, həyətdə heç bir yaşılıq yoxdur. Biz sakinlər mənzil aldığımız zaman, kompleksin rəhbəriliyi tərəfindən sakinlərin rahatlığı və sağlamlığına görə - park, stadion, uşaq meydançası üçün nəzərdə tutulan ərazidə (kompleksin lahiyə planında) göstərilmişdir, həmin ərazi Moskva proskti (Şamaxınka) tərəfə düşən kiçik bir ərazidir.
Nəzərinizə çatdırmaq istəyirik ki, "Main" yaşayış kompleksinə şəhər istiqamətindən gələndə, girişin olmamasına görə sakinlər məcbur olub 2-ci Alatava məhəllə arası yollar ilə kompleksə daxil olurlar. Hazırda tikintisi planlaşdırılan bina isə, komplekslə 1-ci Alatava küçəsinin arasına düşür, bu yol kompleksdən şəhərə cıxan yoldur.
Əgər bina tikilərsə:
1) Tikintisi nəzərdə tutulan bina yaşadığımız "Main" yaşayış kompleksi üçün təhlükəlidir, ərazi suruşmə zonası olduğu üçün, bizi olduqca çox narahat edir.
2) Binanın tikilməsi ilə əlaqədar olaraq, layihəyə əsasən nəzərdə tutulan park, stadion və uşaq meydançası ləğv olunur. Bu da biz sakinləri çox narahat edir.
3) Binanın tikilməsi ilə əlaqədar olaraq mərkəzi yoldan komplesə girən yol dar olduğu üçün, əlavə sıxıntılar, çətiniliklər yaranacaq. Bu da biz sakinləri çox narahat edir”.
Həmçinin Elçin Əmirov bildirdi ki, dünən gecə yarısı, əraziyə texnika yeridilib və qazıntı işlərinə başlamağa cəhd göstərilib:
"Qonşuların etirazına görə işlər dayandı. Artıq binanın yerini də qeyd ediblər. Yuxarıdan baxanda çox aydın görsənir. Azərbaycan Prezidenti Meşə Parkının açılışında iştirakı zamanı dedi ki, burada heç bir tikinti olmamalıdır. Ancaq bərpa işləri, abadlıq işləri aparıla bilər.
Bizim "Main" MTK müvafiq orqanlara xəbər vermir və məsələyə qarışmır. Biz düşünürük ki, bunların belə laqeyd yanaşması onunla əlaqədardır ki, o yeri hələ özləri satıb. O yer qabaq "Main" kompleksinə aid idi və orada park olmalı idi. Lahiyədə də orada Park və Uşaq meydançası göstərilib".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)





