Son 70 ilin ən böyük artım proqnozu
Faiz dərəcələri isə az qala sıfıra çatıb.Böyük Britaniyanın mərkəzi bank qrumu olan Bank of England cari ildə ölkə iqtisadiyyatında proqnozlaşdırılan artım rəqəmlərini yeniləyib.
Marja xəbər verir ki, daha öncəki 5 faizlə müqayisədə mərkəzi bank artımın 7,25% təşkil edəcəyini bildirib. Bu isə son 70 ildəki ən yüksək illik artım göstəricisidir. Bank kredit faiz dərəcələrinin aşağı həddini 0,1% olaraq müəyyənləşdirib və 2022-ci ildən etibarən inflyasiyanı hədəflənən səviyyədə saxlamaq üçün tədricən artıma gedəcəyini açıqlayıb.
Mərkəzi Bankın rəhbəri Endryu Bailey inflyasiya dərəcəsinin gözlənilən 2%-i də keçdiyini, lakin bunun davamlı xarakter almayacağını bildirərək qeyd edib ki, Monetar Siyasət Komitəsi vəziyyəti nəzarətdə saxlayır: “Biz bu rəqəmə xüsusilə diqqətlə yanaşırıq.”
İşsizlik həddinin əvvəlki 7,75%-lə müqayisədə daha az - 5,5% olacağı proqnozlaşdırılır. Monetar Siyasət Komitəsi cari il ərzində 895 milyard funt-sterlinq dəyərində aktivlər satın almağı planlaşdırır.
Baileyin iqtisadi artım rəqəmləri ilə bağlı fikirləri xüsusilə maraq doğurub: “Gəlin özümüzdən getməyək. Əslində yüksək artım rəqəmi ona görə gerçəkləşir ki, iqtisadiyyat son ildə kifayət qədər kiçilib. Bu il əldə edəcəyimiz nəticələr bizi pandemiyadan əvvəlki dövrə - 2019-cu ilin məhsuldarlıq səviyyəsində qaytaracaq. Faktiki olaraq, 2 illik artım fürsətini itirmişik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 8 d. əvvəl
- 12 d. əvvəl
- 31 d. əvvəl
-
36 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 58 d. əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 1 saat əvvəl
-
12 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda
















.jpg)








