"Evini və torpağını satıb, SOCAR İstiqrazı alanlar da var" - MÜSAHİBƏ
SOCAR İstiqrazlarının təkrar bazarda ticarəti, istiqrazların kimlər tərəfindən və hansı məqsədlə alındığı barədə suallara istiqrazların marketmeykeri olan «PSG Kapital» şirkətinin satış təmsilçisi Cəmilə Lələxanova cavab verir.
- Cəmilə xanım, faiz ödənişləri istiqrazların satışına və onlara göstərilən marağa necə təsir edib? Yəni, istiqrazların satışında nə dəyişiklik var?
- Bildiyiniz kimi, aprelin 17-də SOCAR İstiqrazları üzrə ikinci dəfə faizlər ödənildi. Faiz ödənişindən sonra qiymətli kağızlar bazarında SOCAR İstiqrazlarına maraq və tələbat bir qədər də artıb.
- Satış rəqəmlərini açıqlaya bilərsiniz?
- Əlbəttə, faiz ödənişindən sonra, yəni aprelin 17-dən 8 may tarixinədək istiqazların satışı ilə bağlı 65 müqavilə bağlanıb və 4645 ədəd istiqraz satılıb.
- İstiqrazları əsasən kimlər alır, fiziki şəxslər, yoxsa şirkətlər?
- İstiqrazları ən çox fiziki şəxslər alırlar, amma hüquqi şəxslərin də bu kağızlara marağı yüksəkdir.
- Bəs, hansı bölgələrin vətəndaşları istiqrazlara daha çox maraq göstərir?
- Demək olar ki, Azərbaycanın bütün regionlarından müraciətlər var. Hətta bu yaxınlarda məcburi köçkünlər şəhərciyindən də bir investor yaxınlaşıb istiqraz alıb.
- İstiqraz alanlar dövlət işində işləyənlərdir, yoxsa sahibkarlar?
- İnvestorlar arasında həm fiziki şəxslər, həm sahibkarlar, həm də dövlət işində işləyənlər var, müraciətlər çoxdur.
- Adətən, iş adamları əllərində olan vəsaitlərlə biznes qururlar. Belə çıxır ki, onlar həmin vəsaitləri istiqrazlara da yatırırlar?
- Bəli, elə hallar da müşahidə edirik. İş adamları biznesə başlayana qədər, yəni işlərini qurub-qaydasına salana qədər əllərində olan vəsaitləri istiqrazlara yatırırlar. Bu kateqoriyadan olan biznesmenlər yüzlərlə istiqraz alıblar.
- Olubmu ki, adamlar evlərini, torpaqlarını, ya da maşınlarını satıb istiqraz alsınlar?
- Bəli, belələri də var. Elə ivestorlar olub ki, evlərini, torpaqlarını, hətta maşınlarını satıb, gəlib istiqraz alıblar . Məsələn, müştərilərimizdən biri evini satıb və həmin pulla 50 ədəd istiqraz alıb, digəri bir müştərimiz isə yenə evini sataraq, 102 ədəd istiqraz alıb. Bəzi müşərilərimiz isə banklardakı əmanətlərinin müddəti başa çatandan sonra həmin vəsaitlərlə istiqraz alıblar.
- Xarici vətəndaşlar da istiqraz alırlarmı?
- Bəli, Azərbaycanda yaşayanlardan başqa, xaricdəkilər də SOCAR İstiqrazı alırlar. İstiqraz alanlar əvvəlki kimi Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Türkiyə vətəndaşlarıdır. Bunlardan bəziləri həmin ölkələrdə yaşayan azərbaycanlılardır.
- Əhali SOCAR İstiqrazlarını ən çox niyə görə alır – pulunu artırmaq, yoxsa pulunu etibarlı şəkildə saxlamaq üçün?
- Hər iki səbəb göstərilir. Alıcıların bir hissəsini pulunun təhlükəsiz saxlanması, digərini isə gəlir gətirməsi maraqlandırır. Çünki həm SOCAR-ın özü bir şirkət kimi çox etibarlıdır, həm də istiqrazların gəlirliliyi digər alətlərdən daha yüksəkdir. Bundan başqa, əsas səbəblərdən biri SOCAR İstiqrazlarının yüksək dərəcədə likvid olmasıdır. Digər qiymətli kağızlarda likvidlik bu səviyyədə deyil.
- Yəni, istiqrazları lazım olanda dərhal pula çevirmək mümkün olur?
- Bəli, SOCAR İstiqrazlarının marketmeykeri ilə bağlanmış müqaviləyə əsasən, əgər müştəri öz istiqrazını satmaq istəyirsə və təkrar bazarda onu alan olmasa, marketmeyker özü həmin istiqrazları alır. Yəni, müştəri istənilən halda istiqrazını həmin gün satıb, pula çevirə bilir. Müşəriləri də məhz bu cəhət cəlb edir. Amma indiyədək satılan istiqrazların, demək olar ki, hamısını digər investorlar alıblar. Yəni, istiqrazlarını satanlar da yüksək gəlir əldə edirlər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
11 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
11 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
12 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
12 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
13 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 13 saat əvvəl
-
13 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
13 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"







.jpg)






.jpg)







