Ukrayna Azərbaycanın iş adamlarına investisiya imkanları təklif edir
Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov Ukrayna tərəfindən həmsədr, infrastruktur naziri Vladislav Kriklinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və münasibətlərin möhkəmləndirilməsinə Hökumətlərarası Komissiyanın töhfələrini qeyd edən energetika naziri qarşılıqlı ticarət və investisiyaların artan tendensiya ilə inkişaf etdiyini vurğulayıb.
Azərbaycan-Ukrayna ikitərəfli enerji əlaqələrinin inkişafı və birgə layihələrin həyata keçirilməsi məqsədi ilə yaradılmış İşçi Qrupun fəaliyyətinə və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan növbəti iclasda müzakirə ediləcək məsələlərə diqqət çəkilib.
Ukraynanın infrastruktur naziri Vladislav Krikli Azərbaycanın qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğuna, bununla da regionda sülhün bərqərar olduğuna diqqət çəkib və işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində Ukrayna şirkətlərinin də iştirak etməkdə maraqlı olduğunu bildirib. Eyni zamanda, hazırda Ukraynada həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verərək, Azərbaycanın biznes təmsilçiləri üçün ölkəsində geniş investisiya imkanlarının olduğunu bildirib. Ticari-iqtisadi münasibətlərin dinamik inkişafının bundan sonra da davam edəcəyinə əminlik ifadə edilib. Görüşdə Ukraynanın Azərbaycan Respublikasındakı Ticarət Evinin fəaliyyəti haqqında məlumat verilib.
Görüş zamanı, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsi imkanları və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinə dair müzakirələr edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
4 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
4 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
5 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
5 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım


























