"ABŞ iqtisadiyyatı dönüş nöqtəsindədir"
ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell (Cerom Pauel), CBS televiziyası tərəfindən təşkil edilən "60 Dəqiqə" proqramında gündəmə dair açıqlamalar verib.
Marja xəbər verir ki, Jerome Powell, ABŞ iqtisadiyyatının daha sürətli böyüməyə (artmağa) başlayacağını və məşğulluğun sürətlənməsini gözlədiklərini bildirib. O, iqtisadiyyatın "dönüş nöqtəsində" olduğunu deyib.
Powell, "Hazırda gördüyümüz şey, həqiqətən dönüş nöqtəsində görünən bir iqtisadiyyat", - bildirib.
Powell, Kovid-19-a qarşı peyvəndləmənin, güclü maliyyə və pul siyasəti dəstəyinin buna (sürətli inkişafa) səbəb olduğunu ifadə edərək, iqtisadiyyatın daha da sürətli böyüməyə başlayacağını və məşğulluğun sürətlənməsini gözlədiklərini deyib.
"Əsl risk xəstəliyin yenidən yayılmasıdır"
Görünüşün çox yaxşılaşdığına işarə edən Powell, "Hazırda iqtisadiyyatımız üçün əsl risk xəstəliyin yenidən yayılmasıdır" deyib.
Powell, bu ilin ikinci yarısında çox güclü iqtisadi artım gözlədiklərini qeyd edib.
Powell, iqtisadiyyatın bəzi qisimlərinin tamamilə toparlandığını, səyahət, əyləncə kimi sektorların isə hələ çox yaxşılaşa bilmədiyini dilə gətirib.
Powell, iqtisadiyyatın qorxulandan daha yaxşı performans göstərdiyini ifadə edərək, toparlanma tamamlanana qədər iqtisadiyyatı dəstəkləməyə davam edəcəklərini təkrarlayıb.
"Bu il faizləri artırmağımızın mümkün olmayacağını düşünürəm"
İnflyasiyaya dair danışan Powell, faiz nisbətlərini artırmadan əvvəl inflyasiyanın ortaya çıxmasını gözləməyi gözə ala biləcəklərini deyib.
Powell, zaman ərzində orta hesabla 2% inflyasiya hədəflərini xatırladaraq, "Bunu təmin etdiyimizdə, faizləri o zaman artıracağıq" deyib.
Faiz nisbətlərinə dair bir suala Powell, "Bu il faizləri artırmağımızın mümkün olmayacağını düşünürəm",- dedi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
9 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)





.jpg)





